Xəbər lenti
Türkiyə yenə ABŞ-ı qorxutdu

Bu dəfəyə də qorxuya səbəb “S-400” kompleksi olub
Türkiyə bütün etirazlara rəğmən Rusiyadan aldığı S-400 raket kompleksini sınaqdan keçirmək istəyi ilə yenidən ABŞ-ı hiddətləndirib.
Amerikalı senator bu barədə narahatlığını dilə gətirib. Demokrat Kris van Hollen prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərindən iki həftə sonra belə qərar verməsinə diqqət çəkib.
Onun sözlərinə görə, bu yolla şəxsən Ağ evin rəhbərinə – Donald Tramp, Birləşmiş Ştatlara, eləcə də NATO-ya hörmətszilik nümayiş etdirilir. Senat hesab edir ki, Ankara bu davranışı ilə S-400-lə bağlı daha bir “qırmızı xətti” keçir.
Van Hollen indi dövlətin lazım olan addımları atmasının, Türkiyəyə qarşı sanksiyaların tədbiq edilməsi gərəkdiyini deyib.
Xatırladaq ki, sistemin sınağı barədə yerli mətbuat məlumat yayıb. S-400-ün sınağının Ankara yaxınlığında olacağı deyilir. /istipress.com/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar