Xəbər lenti
ADAU-da “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib
29 Oktyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Aqrar Univeristetində (ADAU) “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransın məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə Ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi prioritetindən irəli gələn vəzifələrin müzakirəsi, aqrar sahənin davamlı inkişaf üsulu kimi ekoloji təmiz kənd təsərrüfatının sosial, ekoloji və iqtisadi problemlərin həll edilməsində rolunun qiymətləndirilməsi, sahənin inkişafı üçün elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun struktur bölmələrinin əməkdaşlarının, Milli Məclisin deputatlarının, müvafiq ali təhsil və elmi-təqdqiqat müəssisələrinin, xarici ölkə alimlərinin, ekoloji təmiz kənd təsərrüfatı ilə məşğul olan istehsalçılarının, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək konfransın əhəmiyyətindən, ekoloji təmiz kənd təsərrüfatı sahəsində qlobal çağırışlardan, universitetdə bu sahədə görülmüş işlərdən, magistratura səviyyəsində “ekoloji kənd təsərrüfatı” ixtisaslaşması üzrə mütəxəssis hazırlığından, bakalavriat səviyyəsində tədris olunan fənlərdən, aparılan elmi-tədqiqat işlərindən, beynəlxalq əməkdaşlıqdan, keçirilən müsabiqələrdən danışıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Elçin Zeynalov ölkədə ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişafının əhəmiyyəti, bu sahədə məhsul istehsalının təşviqi və bazarın inkişaf etdirilməsi, müvafiq qaydaların və yerli kadrların hazırlanması və beynəlxalq standartlara uyğun işlək sertifikatlaşdırma prosesinin təşkil edilməsi barədə çıxış edib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova çıxış edərək konfransın işinə uğurlar arzulayıb.
Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının normativ-hüquqi bazasının mövcud vəziyyəti və onun təkmilləşdirilməsi mövzusunda çıxış edib.
ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadoost “Ekoloji təmiz alma istehsalında xəstəliklərin idarə edilməsi”, Sloveniyanın Nova Qoritsa Universitetinin prorektoru, professor Mladen Franko “Ekoloji üzümçülükdə dayanıqlı və səmərəli istehsal imkanları” mövzularında təqdimat ediblər.
AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyev çıxış edərək konfransın işinə uğurlar arzulayıb və bu kimi tədbirlərin tez-tez keçiriməli olduğunun vacibliyini vurğulayıb.
Konfransın plenar hissəsində Sloveniyanın Nova Qoritsa Universitetinin prorektoru, professor Mladen Frankoya universitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsində xidmətlərinə görə ADAU-nun “Fəxri doktoru” adı verilib. Qeyd edək ki, adı çəkilən universitet ADAU ilə ən aktiv əməkdaşlıq edən ali təhsil müəssisələrindən biridir.
Tədbir çərçivəsində ADAU və Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb.
Sonra konfrans iştirakçıları universitetin maddi-texniki bazası, mərkəzləri, laboratoriyaları, tikilməkdə olan tədis binaları, tədris-təcrübə təsərrüfatı ilə tanış olublar.
Günün ikinci hissəsində konfrans öz işini bölmələrdə davam etdirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar