Xəbər lenti
Azərbaycan Tibb Universitetinə qəbul prosesi elektronlaşdırılacaq - MÜSAHİBƏ
Gələn ildən ATU-ya qəbul prosesi elektron qaydada aparılacaq
Azərbaycan Tibb Universitetində (ATU) elektron universitetə keçid başa çatmaq üzrədir. Artıq bir sıra sahələrdə yeniliklər tətbiq olunub.
Qarşıdakı planlar və maraqlı layihələr haqqında ATU-nun İnformasiya sistemlərinin təşkili və idarəetmə mərkəzinin müdiri, tibbi fizika və informatika kafedrasının müəllimi Rəmzi Əliyev məlumat verib.
- Azərbaycan Tibb Universitetinin elektron universitet sisteminə keçidi ilə bağlı işlər nə yerdədir?
- Elektron universitet sisteminin tətbiqi üzrə iki istiqamət üzrə işlər aparılır - Proqram təminatı və texniki tərəf. Texniki tərəfdən sistemin işini sazlamaq üçün ATU-nun nəzdindəki bütün binalara internet şəbəkəsi çəkilib, bütün kafedralardakı kompüterlər domenə salınıb. Bununla da mərkəzi idarəetmə sistemini yaratmaq mümkün olub.
Bu, bizə çox məsələlərdə üstünlük verir. Məsələn, hansısa binada, hansısa kafedradakı kompüterdə yaranan nasazlığı online qoşulma ilə məsafədən həll etmək mümkündür. Bu, həm də lazımsız yerə trafik aparan saytlara girişin qarşısını almağa imkan verir.
Artıq 2 binada işlər tamamlanıb, digərlərində də qoşulma gedir. Bu layihə çərçivəsində yataqxanalara da internet çəkilişi işləri aparılır. Universitet nəzdində 1000-dən artıq kompüter var ki, onların əksəriyyəti son 3 ildə əldə edilib və kafedralara paylanılıb. Kompüterlərin bir hissəsi təmir etdirilib.
- Elektron universitet çərçivəsində tətbiq edilən yeniliklərdən bir neçəsi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Məsələn, dərslər üçün elektron jurnalın tətbiqi. Mümkünsə, bu proqram haqqında məlumat verərdiniz.
- Elektron jurnal elektron universitetin sadəcə bir modulu, bir parçasıdır. Bu proqram həm müəllimlərin işini asanlaşdırır, həm də şəffaflığın təminatına imkan verir. Əvvəla, standart qiymətləndirmə və standart dərs kateqoriyası yaradılır. Semestrin sonunda müəllimin imtahan keçirməsi, qiymət yazmasına ehtiyac qalmır. Çünki universitetimizdə tətbiq edilən aralıq qiymətləndirmə zamanı tələbələr İmtahan mərkəzinə gedir. Yəni, müəllimin aparacağı imtahanı İmtahan Mərkəzi keçirir.
İkincisi, hər semestrin sonunda müəllimlər davamiyyət balını, tələbələrin qaiblərini sayırdılar, sonra tədris tərəfindən verilən bir standarta uyğun olaraq onu hesablayırdılar. Tələbələrin sayı çox olduğundan, bəzən səhv nəticələr ortaya çıxırdı. İmtahan öncəsi ballar səhv yazıldığından, semestr gecikirdi, qiymətlər gecikirdi, təqaüd verilməsi gecikirdi. Bir sözlə, bütün sistem ləngiyirdi. Sonda tələbələr ziyan görürdü.
İndi isə bu problemlər tamamilə aradan qaldırılıb. Sistem artıq özü balları hesablayır və məlumatı birbaşa dekanlığa göndərir. İkincisi, kafedra müəllimlərinin semestr sonunda kiməsə imtahan öncəsi bal göndərməsinə ehtiyac qalmır.
Üçüncüsü və ən əsası isə bu məlumatlarla tələbələri özləri də sistemə daxil olub tanış ola bilirlər. Hər bir tələbənin jurnalda fərdi kabineti var. Onlar sistemdə öz nəticələrinə baxa bilirlər.Əgər səhvən tələbəyə qaib, yaxud yanlış qiymət yazılsa, tələbə avtomatik olaraq onu görür. Və operativ müdaxilə ilə bu səhvi düzəltmək olur.
- Elektron universitet xarici tələbələrin qəbulunda hansı yenilikləri gətirdi?
- İndi ATU-da xarici tələbələrin elektron qəbulu həyata keçirilir. İki mərhələli qəbul zamanı xarici vətəndaşlar admission.amu.edu.az səhifəsində qeydiyyatdan keçdikdən sonra Skype vasitəsilə müsahibə verirlər. Bu da xarici tələbələrin qəbul prosesinin sadələşməsinə və qısa müddətdə həyata keçirilməsinə imkan verir.
- Artıq ATU-nun elektron universitet olduğunu deyə bilərikmi?
- Evi tikərkən onun ən çətin hissəsi bönüvrəsinin, özülünün qoyulmasıdır. Demək olar ki, biz bu özülü yaratmışıq. Digər tərəfdən, proqramda istifadə etmək üçün müasir standartlara cavab verən texnika lazımdır ki, bunların da əksəriyyəti əldə olunub.
Elektron universitet çərçivəsində tətbiq edəcəyimiz növbəti yenilik elektron kitabxananın tətbiqi ilə bağlı olacaq.
Digər yeniliyimiz isə ATU-ya qəbul prosesinin elektronlaşmasıdır. Bununla bağlı ilkin fikirlərimiz var. Məsələn, elektron növbə sistemi yaradılacaq. Tələbələr universitetə qəbul olarkən onların məlumatları artıq elektron jurnala əlavə ediləcək. Xüsusi printerlər sifariş etmişik ki, tələbə ATU-ya gələndə artıq onun tələbə kartı, müqaviləsi və digər sənədləri hazır olsun. Bunun üçün qəbul imtahanlarından sonra ATU-nu seçən abituriyetnlərin elektron bazası bizdə olmalıdır. Bu sistemin tətbiqi ilə bağlı artıq Dövlət İmtahan Mərkəzi ilə ilkin razılaşma əldə olunub. İnanırıq ki, artıq gələn ilin qəbulunda bu yeniliyi tətbiq edə biləcəyik./modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar