Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat Fazil Mustafa: “”Şəhid övladına yüksək vəzifə verildi” yazılsaydı, doğru olmazdımı?”

Tarix: 28-08-2019 15:35     Baxış: 3433 A- / A+
Deputat Fazil Mustafa: “”Şəhid övladına yüksək vəzifə verildi” yazılsaydı, doğru olmazdımı?”


“İnformasiyanın təqdimatından çox şey asılıdır. Saytlarımız başlığa çıxarır ki, “Daxili işlər naziri Vilayət Eyvazov millət vəkilinin oğluna yüksək vəzifə verdi”.

Burada söhbət millət vəkili, fədakar Azərbaycan xanımı Flora Mirzəyevanın övladı, polis polkovniki Elsevər Mirzəyevin DİN Baş Kadrlar İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmasından gedir. Lakin mətnin başlığına daha fərqli bir ifadə çıxarılsaydı, doğru olmazdımı?”.
Bu sözləri sosial şəbəkədəki hesabında deputat Fazil Mustafa yazıb.
O bildirib ki, “Vilayət Eyvazov şəhid övladına yüksək vəzifə verdi!” yazılsaydı, həm Daxili işlər nazirinin şəhid ailəsinə həssaslığı, həm də dövlətin şəhid övladına münasibəti sezilərdi: “Burada, həm də Azərbaycanın Milli Qəhrəmanı, əvəzolunmaz komandirimiz, şəhid Şirin Mirzəyevin xatirəsinə və onun ailə üzvünə verilən dəyərdən söhbət gedir. O halda cənab nazirin bu təqdirəlayiq addımının mənası da olduğu kimi anlaşılardı”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar