Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

ŞƏHİDİMİZ VAR BU MESAJ KİMƏDİR?

Tarix: 31-05-2019 16:18     Baxış: 3446 A- / A+
ŞƏHİDİMİZ VAR BU MESAJ KİMƏDİR?


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu gün cəbhə xəttində erməni snayperinin açdığı atəş nəticəsində bir hərbçimizin şəhid olduğu xəbərini yayıb. Xəbərdə xüsusi vurğulanır ki, hadisə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycanda olduğu bir vaxtda baş verib.

Əldə etdiyim məlumata görə şəhid olan Azərbaycan ordusunun zabitidir.

Xəbərin ikinci hissəsinə xüsusi diqqət vermək lazımdır.
Həmsədrlər Azərbaycanda olduğu bir vaxtda bu təxribat kimə lazımdı?
Unutmamısızsa bir müddət əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra həm nazirlərin, həm də həmsədrlərin xalqların sülhə hazırlanması ilə bağlı bəyanatından sonra həmsədrlərin regiona səfəri vaxtı da cəbhə xəttində təxribat baş vermişdi. Həmsədrlər Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən zaman Ermənilərin pilotsuz uçan aparatı cəbhə xəttini keçmiş və vurulmuşdu.
Bu iki insident nəticə etibarı ilə müxtəlif olsa da, mahiyyət etibarı ilə eyni xarakterlidir. Həmsədrlər Bakıda olan zaman cəbhə xəttində təxribat.
Diplomatik mənbələrdən əldə olunan məlumata görə son vaxtlar iki ölkə arasında müəyyən məsələlərlə bağlı dialoqlar ölü nöqtədən tərpənib. Əsir və girovlarla bağlı, vətəndaş cəmiyyəti təmsilçilərinin təmasları ilə bağlı müəyyən ilkin razılaşmalar əldə olunmaq ərəfəsindədir. Və hətta ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin ofisinə bununla bağlı müəyyən təlimatlar da verilib. Belə bir durumda cəbhə xəttində insident.
Xatırladım ki, cəbhə xəttində baş verən insidentlərin hesabatını da məhz Anjey Kaspişikin ofisi hazırlayır.
Bu hadisələr təbii ki, təsadüf deyil və hansısa dairələrin marağına xidmət edir. Bu təxribatların arxasında dayanan qüvvələrlə bağlı müəyyən ehtimallar da irəli sürmək olar. Ancaq əlimdə dəqiq məlumat olmadığından hələlik bu sualları açıq saxlamaq məcburiyyətindəyəm.

P.S.

1992-ci ildə Şuşanın işğalı ərəfəsində xalq arasında belə bir şayiə yayılmışdı: “Hətəm Şuşaya gəlir”.
Həmin dövrdə ATƏT ATƏM adlandırılırdı. Xalq yaradıcılığı nəticəsində insanlar yarı zarafat, yarı kinayə ilə ATƏM-i məhz Hətəm adlandırırdı. Şuşaya gəlməsi barədə şayiələr dolaşan da ATƏM-in təmsilçiləri olmalı idi.
Doğrudur, 1992-ci ildə baş verənlərlə indi baş verənlər arasında paralel aparmaq istəmirəm. Sadəcə yada saldım.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar