Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“20-yə yaxın ölkədə hakimiyyət dəyişikliyi baş verəcək ki,..." - Astroloq 2019 proqnozunu açıqladı

Tarix: 24-12-2018 09:50     Baxış: 2476 A- / A+
“20-yə yaxın ölkədə hakimiyyət dəyişikliyi baş verəcək ki,..."


Artıq 2018-ci il başa çatmaqdadır. Qarşıdan 2019 - astroloji baxımdan Qaban ili gəlir. Hər il olduğu kimi tanınmış astroloq, avestaşünas, yazar Səbuhi Rəhimli ilə yeni il öncəsi görüşdük. S. Rəhimli "Reytinq”ə müsahibəsində qarşıdan gələn ilin astroloji xüsusiyyətləri, bizi gözləyən mənfi və müsbət hadisələrdən danışdı.

Manevr.az həmin müsahibəni təqdim edir:

- Öncə üzümüzə gələn il barədə məlumat verərdiniz.

- Qarşıdan Torpaq ünsürlü Sarı Qaban ili gəlir. Yeni təqvim astronomik hesabla fevralın 5-də başlayacaq. Bu illər bir qayda olaraq sakit, bərəkətli, ən başlıcası isə müharibəsiz keçir. Ötən 5 əsrin bütün Qaban illərini tədqiq etdim və demək olar ki, hansısa qlobal müharibə məlumatına rast gəlmədim. Qarşıma Pakistanla Hindistan arasında baş verən qısamüddətli müharibədən və Bonapart Napaleonun Vaterloo yaxınlığındakı son – məğlubiyyət döyüşündən başqa bir şey çıxmadı. Məhz bunları da təhlil edəndə növbəti ilin sakit, savaşsız keçəcəyini düşünmək olar.

- Bəs bu ildə insanları nə gözləyir? Təbii fəlakət və digər sahələrdə nələr baş verə bilər?


- Əvvəldə söylədiklərimi bir daha möhkəmləndirmək üçün deyim ki, Qaban illərində sui-qəsdlər və terrorlar da minimumdur. Bu illəri araşdıranda qarşıma cəmi iki sui-qəsd çıxdı: İsrailin baş naziri İssak Ravinlə Güney Azərbaycan Milli Hərəkatının lideri Seyid Cəfər Pişəvərinin qətli. Bu illərdə terror da azdır.

Təbii fəlakətlərə gəlincə, bunun astroloji bilgilərlə əlaqəsi yoxdur. Çünki həmişə yarızarafat deyirəm ki, təbii fəlakətləri, futbolu və inqilabları astroloji hesablamalarla bilmək olmur. Amma bu mövzuda da hər zaman "Qaban”ın təmkini görünməkdədir. Son 360 ildə dediyimiz dövrə düşən zamanlarda cəmi iki zəlzələ olub: Tokioda(105 min itki)və Ərzurumda(14 min itki).

- Adətən astroloji proqnozlarla kasıb camaat daha çox maraqlanır, varlılardan kim maraqlansa da, onlar üçün özəl astroloji proqnozlar hazırlanır. Ona görə də kasıbları maraqlandıran sual verim, 2019-da qıtlıq olmayacaq ki?

- Bu sualınızın da cavabı astrologiyada deyil. Çünki bu, siyasi idarəetmədən, cəmiyyətin iqtisadi azadlığının hansı çərçivədə bərqərar olmasından asılıdır. Məntiqlə yanaşsaq, sadə insanlar Kanadada da var, Almaniyada da, Anqolada da, Suriyada da, Qafqazda da. Məgər onların hamısı eyni güzəran yaşayır? Əlbəttə yox.

- Konkret Azərbaycanı götürək...

- Elə yuxarıda bunu demək istədim. Astroloji müşahidələrə görə, üç zodiak ili var ki, onların hakim olduğu dövrlər bərəkət və bolluq ili kimi tarixə düşür: Keçi, Qoyun və Qaban illəri. Ümid edək ki, astroloji ənənə bu il də pozulmayacaq.

- Qaban ilində kimlər, hansı illər, hansı bürclər altında doğulanlar özlərini rahat hiss edəcək? Kimlər üçün gələn il ağır olacaq?

- Bu yanaşma da doğru olmazdı. Konkret cavabı bilmək istəyirsinizsə, cavabım budur ki, kim Qaban ilinin oyun qaydalarına sadiq qalsa, xarakterik nəbzini tutsa, o da uğura yiyələnəcək.

- Bəs "Qaban”ın oyun qaydaları hansılardır?


- Azərbaycan reallığında çətin görünsə də, dürüst olmaq, yalan vədlər verməmək, pulla bağlı riskli addımlar atmamaq, yeni və böyük işlərə təkbaşına başlamamaq, tələsik evlilikdən uzaq durmaq, səhhətlə bağlı azacıq nasazlıq olan kimi həkimə müraciət etmək və s.

- Aydındır. Amma siz hər il uğurlu bürclər və illər barədə də fikirlər deyirsiniz…

- Sırf astroloji baxımdan ilin şanslı bürcləri Qoç və Əqrəb, illəri Qaban(Donuz), Pişik(Dovşan)və Keçidir(Qoyun).

- Bu, artıq son illərin əsas suallarındandır. Dolların məzənnəsi necə olacaq? Qiymətlər artmayacaq ki?


-(Gülür)Bu sualın cavabı astrologiyada deyil, valyutanın idarə olunmasını tənzimləyən mövcud qurumlardadır. Bilirsiniz, iradi qərarı, düşüncəni proqnozlaşdırmaq çox çətindir. Hətta real proqnozlar olur ki, onun qarşısını almaq, necə deyərlər "səhv çıxarmaq” olur. Astrologiya pəncərəsi bu periodu tam ifadə etmir.

- Sualdan yenə yayındınız. Yeri gəlmişkən, ötən il ictimai-siyasi proqnozlar vermədiniz. Səbəbini açıqlaya bilərsinizmi?


- Gəlin, yeni il öncəsi söhbətimizi gələcəyə kökləyək, keçmiş keçmişdə qaldı. 2004-cü ildə də ictimai-siyasi proqnozlar verməmişdim. 14 ildə bir dəfə istirahət edə bilmərik?(gülür)

- Elə ölkələr var ki, siyasi proqnoz vemək təhlükə yaradır. Bəlkə sizi də çəkindirən səbəblər var?

- İndiyə qədər mənə siyasi tərəfdən nəinki təzyiq, heç adi bir narazılıq da bildirilməyib. Çünki bu, məntiqli deyil. Yalnız bir dəfə olub. Mərhum Heydər Əliyevin hakimiyyəti dönəmində həmin il 8 nazir və nazir ranqlı məmurların işdən çıxarılacağını demişdim. Hətta efirdə onların adını yazıb aparıcıya da vermişdim. Əslində işimi ehtiyatlı tutub vərəqə heç bir ad yazmamışdım ki, aparıcı məni ələ verməsin. Həmin ilin sonunda doğrudan da işdən çıxarılan 8 nazir və komitə sədrlərinin adını, guya o vaxt yazdığım vərəqdən deyirmiş kimi efirdə oxudum. O vaxt bu olay bütün ölkədə dillərə düşmüşdü. Hə, o məsələdən sonra işdən çıxarılanlardan biri telefonuma zəng vurub "gör sənin başına nə oyun açacağam”,- demişdi. Amma dediyini edə bilmədi... Sözümün canı odur ki, proqnoz verməkdən niyə qorxmalıyam ki? Siz müsahibə alanda qorxursunuz bəyəm? Hərənin öz işi var.

Bir də ki, mən hər il onsuz da özüm üçün 60-a yaxın siyasi proqnoz hazırlayıram, mətbuata isə onlardan uzağı 25-ni verirəm. Ötən il isə heç onu da vermədim.

- Bəs bu il?

- Xətriniz xoş olduğu üçün ucundan-qulağından sizə bir az demək olar. Yeni ildə ölkəmizdə mülkiyyət üstündə savaşların maksimum həddini görəcəyik. Qarabağda fevral, may və avqust aylarında uğurlu hərbi əməliyyatlar aparmaq üçün şansımız olacaq. Ən başlıcası, Azərbaycandakı inhisarçıların yarıya qədəri əvəzlənəcək.

Növbəti ildə Avropa son 20 ilin ən ağır sınaqlarını yaşayacaq, hətta buna xaos da demək olar. 20-yə yaxın ölkədə hakimiyyət dəyişikliyi baş verəcək ki, onların da yarıya qədəri nəzərdə tutulmamış dəyişiklik olacaq. Haqqında impiçment proqnozlaşdırılan Donald Tramp isə ilk günlərdən dediyim kimi, ən azı bir tam müddətdə ABŞ prezidenti olaraq qalacaq. Bu qədər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar