Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ali Baş Komandan paradda nəyə icazə vermədi? – General

Tarix: 28-06-2018 16:29     Baxış: 3731 A- / A+
Ali Baş Komandan paradda nəyə icazə vermədi?



Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə 26 iyun tarixində Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib.


Keçirilən hərbi paradla bağlı ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun Manevr.az müsahibəsini təqdim edirik:

- Bu paradda Azərbaycan ordusu nə ilə təəccübləndirdi?

- Azərbaycanda keçirilən hərbi paradı izləyən bütün ekspertlər analiz apardılar. Baxa bilməyənlər belə sonradan bu parad barədə yazılan yüksək fikirlərdən sonra qıcıqlanaraq bu parada baxmalı oldular.

Azərbaycan pilotu MiQ-29 qırıcı təyyarəsində çox yüksək səviyyədə pilotaj, yəni manevr qabiliyyətini göstərdi. Dünyada çox az pilotlar bu pilotajı həyata keçirə bilir. Pilotumuz bu hərəkəti ilə hər kəsi təəccübləndirməyi bacardı. İkincisi, həm ordu, həm də ki, cəbhə aviasiyasında uçuş aparatlarımızın sayı, növləri kifayət qədər güclü idi. Ordu aviasiyası deyəndə vertolyotlar və pilotlar nəzərdə tutulur. Cəbhə aviasiyası deyəndə isə qırıcı-bombardmançı, qırıcı, həmlə təyyarələri nəzərdə tutulur. Həm vertolyotların, həm də həmlə təyyarələrinin həddindən artıq kütləvi, nizam-intizamlı şəkildə hərəkətlərini müşahidə etdik. Hamıda sual yarandı ki, Azərbaycan ordusu bunu nə vaxt etdi? Nə vaxt bu səviyyəyə gəlib çatdı?


Digər tərəfdən, piyada qoşunlarınımızın imkanları nümayiş olundu. Orada ilk dəfə olaraq yeni reaktiv yaylım atəş sistemi "Polonez" nümayiş olundu. Bunlar keçmişdə rusların yaratdığı QRAD və "Katyuşa" sistemlərinin ən müasir modelləri hesab olunur. Onlar 300 km-ə qədər uçur. Ümumiyyətlə, bu raketlər buraxılandan sonra idarə olunmurlar, hədəfə doğru özləri uçurlar. Bu raketlər isə buraxılış qurğusundan buraxıldıqdan sonra idarə olunan raketlər sisteminə keçirlər. Yəni bunular da əməliyyat-taktiki raketlər sisteminə daxil olurlar. Bir çox dövlətlərdə yoxdur, raketlərin bir hissəsi İsraildən, bir hissəsi isə Belarusdan alınıb.

Üçüncüsü, paradlarda piyadaların geyiminə, yerişinə ciddi fikir verirlər. Bizim əsgərlərimizin bu hazırlığı yüksək səviyyədə idi. Bununla onlar döyüşə hər an hazır olduqlarını göstərdilər.

Dördüncüsü, parad zamanı dünyanın bir çox ordusunda olmayan bir yenilik edildi. Həm qoşunların önündə, həm döyüş texnikasının üzərində bizim döyüşən generallarımız gedirdi. Bu generallar gecə-gündüz döyüş hazırlığı ilə məşğul olurlar. Bundan başqa, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan silah-sursatların müəyyən hissəsi də bu paradda nümayiş olundu. Ali Baş Komandanın qeyd etdiyi kimi, biz bu paradda silah və hərbi texnikamızın hamısını göstərmirik. Bu paradda Azərbaycan Ordusunun hərbi texnikasının cüzi bir hissəsi nümayiş olundu.

- Azərbaycan bu paradda nümayiş etdirmədiyimiz silahlarımız oldumu?


- Ümumiyyətlə, hərbi paradda çıxarılan texnikalara Ali Baş Komandan qərar verir. Kifayət qədər digər silah-sursat və texnikamız var ki, onların nümayişinə Ali Baş Komandan qərar verməyib.

- Prezident, Ali Baş Komandan İlham Əliyev paraddakı çıxışındakı mesajları, hərbçi olaraq, necə izah edərdiniz?

- Hər an döyüş başlana bilər. Nəinki Ermənistan, hətta başqa dövlətlər də bilməlidir ki, Azərbaycan həm Dağlıq Qarabağ ərazisini, həm də Qərbi Azərbaycanı qısa müddətdə işğaldan azad etməyə hazırdır. Yəni uzun-uzadı döyüş əməliyyatları olmayacaq. Sadəcə, iki tabor o vaxt 2016-cı ildə əks həmlə edərək düşməni sarsıtmağı bacardı. Buna görə düşmən ordusunda çox sayda vəzifəli şəxs vəzifəsindən azad olundu, kəşfiyyat pis günə düşdü, rabitə heçə endi. Azərbaycan birləşmələri faha böyük qüvvə ilə əks-hücuma keçsə, Ermənistan ciddi sarsılacaq. İrəvan üçün bu, fəlakət olacaq.

- Aprel döyüşləri, son olaraq Naxçıvan əməliyyatlarının davamı gözlənilirmi?

- Bir hərbçi kimi tam məsuliyyətlə yalnız onu deyə bilərəm: Ordumuz torpaqları işğaldan azad etməyə hazırdır! Əməliyyatın harda və nə vaxt olacağını isə Ali Baş Komandan bilir!




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar