Xəbər lenti
Ərli qadınların yubkasında əxlaq axtaran Manaf Ağayev
Manaf Ağayevin hikmətli sözlərinə qulaq asıb feyzyab oldum. Hələ indi də qulaq asıram.
Siz bəlkə də gülürsünüz. Amma mən tam səmimiyəm: bu düşük söhbət bizim cəmiyyət üçün o qədər aktualdır ki…
Qız ərə vermək asandır?
Yaxud oğlana qız tapmaq?
Manaf Ağayev bizim cəmiyyətin ən həssas nöqtəsinə toxunur.
Hamımızın düşündüyü və deyə bilmədiyi məsələlərə.
O videoya baxıb qah-qah gülənləri görürəm. Guya bunlar oturub-durub Kantdan, Nitsşedən danışırlar.
Hörmətli Manaf müəllim daha bir ciddi məsələyə toxunub. Deyir ki, votsapda bir-biriləri ilə tanış olurlar, sonra evlənirlər.
Ağır dərddir. Votsapda yazışasan, sonra da evlənəsən. Bir ilin yazışması axırda şadlıq evinə daşınır. Ətək-ətək pul tökülür. Nə var, nə var, oğlanla qız bir il əvvəl votsapda yazışıblar.
Dəhşətlidir. Manaf müəllim bilmir bəlkə də, bəlkə də bilir xəbəri yoxdur, bu gün dünya postmodernist dünyadır. Hələ post-insan söhbəti də ortaya çıxıb. Yəni dünya robotlaşma dövrünə qədəm qoyub. Vaxt gələcək, əminəm ki, o votsapda danışan cütlüklər bir düyməyə basıb görüşəcəklər. Daha ata-ana qorxusu olmayacaq. Oğlan istədiyi vaxt qızı internet dili ilə desək, endirəcək yanına.
Qəti qorxusu yoxdu bunun. İnan ki…
And olsun sənə 1 dolardan SMS göndərib toylar kralı seçən yüz minlərlə insanın mənasız xoşbəxtliyinə…
Dərd bu deyil e? Dərd orasıdır ki, sənin kimi adam efirə çıxıb boş-boş danışır, dızıldayır və onu hikmətli sözlər kimi təqdim edirlər. Əgər rejissorun yumor hissi güclüdürsə və bunu sırf ironik tərzdə vermək istəyirsə, ona eşq olsun. Yox, həqiqətən də bu fikirləri “hikmətli sözlər” hesab edirsə, onda ölünü qoy, dirini ağla.
Məsələnin digər tərəfi bilirsən nədir? Sən Manaf Ağayev bu gün daha maraqlısan. Sən bu gün çoxluğun fikrini deyirsən. Bir-iki nəfər razılaşmaz sənlə. Amma ürəyində nə qədər insan bu cür düşünür. Türklər demiş, yazıklar olsun.
Və sən o insanların içindəki yatmış dinozavrları oyatmısan.
O dinozavrlar ayaqlanıb üstümüzə gəlir. Və bu dinozavrlar o qədər çoxdur ki, qaçmağa yer tapa bilmirik.
Bu dinozavrların gözü qızların, ərli qadınların yubkasına, qızla oğlanın votsapda yazışmasına dikilib.
Oğluna qız tapa bilmir Manaf Ağayev. Və bunun günahını texnologiyada görür. İnsanın içi nə qədər kirli olar ki, bir qadının yubka geyinməsinə görə onun tərbiyəsinə, əxlaqına, hətta ərinə, atasına, qardaşına söz desin.
Yüz dəfə demişik, yüz birinci olsun: “Əxlaq qurşaqdan aşağı anlayış deyil, qurşaqdan yuxarı qəlb və ruh var”.
Manaf Ağayevin gözü qurşaqdan yuxarını görə bilmir. Və onun kimi nə qədər adam var. O, sadəcə bu adamların lideridir, sözçüsüdür.
İstəyirdim, bu yazıyla Manaf Ağayevlə xeyli zarafatlaşım, elə bir yazı yazım ki, heç özü də bilməsin, burda onu yıxıb-sürümüşəm, ya tərifləmişəm.
Alınmadı. Yazı əsəblərimin relsinə ilişib özü məni bura gətirdi.
Manaf Ağayevin hikmətli sözlərini ingilis dilində alt yazıda oxuyanda pis oldum. Heyf ki, ingilisdillilər də bizim bu biabırçılığımızdan xəbər tutacaq. Deyəcəklər, bunların ifaçısına bax. Türkiyənin Yıldız Tilbesi ilin ən çox kitab alan şəxsi seçilir, bizim Manaf da oğluna qız tapa bilmir. Bunun dərdinə bax, sən Allah?
Kəndçi balasıyam, rayonluyam deyir. Kənddə doğulmaq eyib deyil. Amma təfəkkür əyalət təfəkkürürüsə, ona heç nəyin xeyri yoxdur. Nə çox gözəlim məmləkətimizdə şəhərdə doğulub əyalət qafasında yaşayanlar…
Sən bu əyalət qafasının ən böyük lideri oldun, Manaf Ağayev!
Bu əyalət qafasını dünyaya da çıxardın.
Təbrik edirəm!kulis.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar