Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Sizə hücum edəcəklər, B planınızı hazırlayın" - Putinin "Qara qutu"su...

Tarix: 06-11-2017 12:59     Baxış: 5677 A- / A+
"Sizə hücum edəcəklər, B planınızı hazırlayın"



Türkiyəni 15 iyul çevrilişindən bir gün öncə “Orduda bir hərəkətlilik var” deyə məlumatlandıran, Rusiya Prezidenti Vladimir Putinin “Qara qutusu” kimi tanınan professor Aleksandr Duqin “Habertürk” qəzetinə qısa müsahibə verib.

Moderator.az həmin müsahibəni oxuculara təqdim edir.

- Putini Ərdoğana sizmi inandırdınız?

- Bəli, bəzi xidmətlərimiz oldu. Çünki müharibənin astanasındaydıq. Amma bizim prezidentimiz asan inandırılacaq biri deyil. Putin çox realist bir insandır. Əgər faktlar varsa, onu mütləq dəyərləndirir.

- ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyədəki çevriliş cəhdinə 2 milyard dollar xərclədiyini iddia edirsiniz. Nə üçün bacarmadılar?

- Ərgənəkon və Balyozdan sonra orduda Ərdoğanı dəstəkləyəcək heç kimin qalmadığını düşündülər. Ancaq ordudakı cümhuriyyətçilər, Kamalistlər Ərdoğanı dəstəklədilər. MKİ həmin gecə Türkiyə ilə Rusiya arasındakı əlaqə kanallarını kəsməyə çalışıb.

- Necə?

- Putini Türkiyəyə qarşı olmağa inandırmağa çalışdılar. Ərdoğandan başqa bir liderin daha yaxşı olacağını, vətəndaş müharibəsinin baş verəcəyini, Rusiyanın bunu öz lehinə istifadə edə biləcəyini söylədilər. MKİ Putinin ətrafındakı inanılan adamlarla əlaqə yaratmışdı. Ancaq Putin onlara əhəmiyyət vermədi. Çünki bu, Türkiyənin sonu demək idi. Əvvəllər də demişəm, çevrilişdən sonra kürdlər üsyan etmək üçün hazırlıq görmüşdülər.

- Yenidən belə bir çevrilişə cəhd edə bilərlərmi?

- Məncə bu, mümkün deyil. Başqa yollardan istifadə edəcəklər. Çünki hələ də Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı olan yüksək vəzifəli adamlar var. Ancaq onların nəsə bir iş görməsi asan deyil.

- FETÖ-nün missiyasını başa çatdırdığını, ABŞ-ın yeni bir təşkilat yaradacağını iddia edirsiniz. Bu nə ola bilər?

- Bir çox faktoru bir araya gətirəcəkləri strategiya hazırlayacaqlarını düşünürəm. Məsələn, etnik qarşıdurma, siyasi həyatda və orduda Ərdoğana qarşı narahatlıq yaradacaqlar. Amerikalılar bütün zəif nöqtələrdən istifadə etməyə çalışacaqlar.

- Rza Zərrab işini də bu çərçivədə dəyərləndirə bilərik?

- Əlbəttə. Bütün iqtisadi əlaqələrdən istifadə edəcəklər. Daim hücum edəcəklər. İrana, Rusiyaya sanksiyalar tətbiq ediblər. Əminəm ki, Türkiyəyə də sanksiyalar tətbiq olunacaq. Ona görə də iqtisadiyyatınızı xilas etmək üçün təcili B planına keçməlisiniz.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar