Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Anarın yaratdığı sistem onunla birlikdə AYB-ni tərk etməlidir - MÜSAHİBƏ

Tarix: 17-01-2025 23:34     Baxış: 378 A- / A+
Bu gündən başlayaraq Onews.az xəbər saytı yeni ədəbiyyat layihəsi - "Ədəbi günlük"lə oxucularının görüşünə gələcək.

Layihəmizin ilk qonağı isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğludur.

Emil bəylə söhbətimizdə modern ədəbi prosesin rəngsiz tərəflərini verdiyi cavablarla rəngləməyə çalışmışıq.

Müsahibəni təqdim edirik:

— Emil bəy, niyə Azərbaycan ədəbi mühitinin yaşlı nəsil nümayəndələri gənc imzaların onların yaradıcılıqları haqqında alternativ, fərqli fikirlərinə tolerant yanaşmırlar? Təfəkkürün səbr kəsiyini yaşayan yaşlı qələm sahiblərinin bu dözümsüzlüyünün arxasında nə dayanır?

— Mən bu mövzuda publika qarşısında kifayət qədər fikir bildirmişəm. Bilirsiniz, az qism istisna olmaqla çağdaş ədəbi mühit sağlam polemikadan, sağlam diskusiya prosesindən, düşüncə və fikir azadlığından, birbaşa fundamental ədəbi dəyərlərlərdən çıxışetmə anlayışından çox uzaqdır. Belə bir tendensiyası olduğu halda kor-koranə fikir bildirmə cəhdləri də, sənət meyarlarının, ədəbi vicdanın bir çox hallarda müəyyən “maraqlar”ın ayaqları altında can verməsi də, necə deyərlər, "xroniki diktatorluq"dan doğan bütpərəstlik də olduqca təbiidir.

Siz təsəvvür edin ki, bu ədəbi mühitin demokrat hesab etdiyi və bu ədəbi mühitdə özünə “demokratam” deyənlərdən biri məsələn, Sabir Rüstəmxanlıdır. Sabir Rüstəmxanlı haa... Bir şeirinə bildirilən ədəbi və gerçək fikrə tolerantlıq göstərməyə iradəsi çatmayan Sabir Rüstəmxanlı...

— Sizcə, Yazıçılar Birliyi gənclər siyasətini necə qurmalıdır ki, yeni nəsil imzaların dünyaya çıxışı təmin olunsun?

— Əvvəla, deyim ki, doğrudu, Yazıçılar Birliyi Anar diktaturasından və o diktaturanın fonundakı səriştəsizlikdən xilas olmalıdır. Bu öz yerində! Amma mövzu yeni nəsil istedadlı imzaların dünyaya çıxışıdırsa, burada tək Yazıçılar Birliyinin yox, bir çox amillərin rolu mütləqdi. Əgər bir ölkədə ki, yazıçı, şair kitabını üç yüz, beş yüz, min tirajla çap etdirirsə hələ gəlin görək, həmin ölkədə ümumilikdə sənətə, sənətkara hansısa yüksək dəyərdən, diqqətdən, yaradılan ədəbi şəraitdən, açılan yoldan danışmaq olurmu? Onda qalmışdı ki, o sənət adamının dünyaya çıxışdan söz açasan. Yazıçının mətni təqdim olunmalıdır...

— Sənətin və sənətkarlığın ali meyarları nələrdir və bu baxımdan Azərbaycan ədəbi mühitinin sənətlə bağlı təfəkkür etalonu sizi qane edirmi?

— Mənim həmişə tez-tez dilimə gətirdiyim bir ifadə var: spesifik yaradıcı laboratoriya... və o laboratoriyaya daxil olan fövqəl enerji, fundamental, ümumbəşəri ədəbi təfəkkür və novatorluq. Bütün bunlar müəllif olan şəxsin qələmində, ədəbi məhsulunda özünü birmənalı şəkildə göstərməlidir. Sənət və sənətkarlıq o zaman meydana çıxır.

Sualın digər hissəsinə gəldikdə isə çağdaş dövrümüzdə ciddi mətni tanıyan və onu yaratmağı bacaran kifayət qədər imzalar var. Etalon isə sənətin prinsipləridir...

— Sizcə, modern Azərbaycan və erməni ədəbiyyatının ən yaxşı nümunələri qarşılıqlı olaraq həmin ölkələrdə çap olunmalıdırmı? Yoxsa ilk olaraq dövlətlər arasında rəsmi sülh sazişi olmalıdır?

— Bilirsiniz, bu sənətdi. Sənət və sənətkar missiyası sərhəd tanımır, tanımamalıdır. Ədəbiyyat, mətn, sənət idraki hadisə olduğu zaman bir müəllifin bioloji olaraq harada doğulmasının, hansı ölkənin vətəndaşı olmasının sənətlə, sənətkarlıqla nə əlaqəsi?!. Sənəti, sənətkarı siyasət masasına daşımaq onun “İlahi genini” dəyişməkdi. Ortada mətn varsa Azərbaycanda da çap olunmalıdır, Ermənistanda da, Amerikada da və.s... Fərq ermir, müəllifi azərbaycanlıdı, farsdı ya ermənidir.

— Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayından gözləntiləriniz nələrdir? Sizcə, hazırkı sədr Anar Rzayevdən sonra üzvü olduğunuz quruma demokratik seçki ənənəsi gələcəkmi?

— Bilirsiniz, bu mövzu özlüyündə ardıcıl olaraq çox mərhələni birləşdirir... Öncə Anarın yaratdığı sistem Anarla birlikdə Yazıçılar Birliyini tərk etməlidir. Bu başlıca faktordu. Daha sonra isə demokratik prinsiplər şərt kimi qəbul edilməli və o müstəvidə seçki keçirilməlidir.
Düşüncələrindən “qandalı” açılmalı olası o qədər qələm adamı var ki, bu ədəbi cameədə...

Tural Turan


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar