Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana qarşı mövqe dəyişdi: Ərdoğan dərhal hərəkətə keçdi – Müsahibə

Tarix: 20-09-2023 09:26     Baxış: 31 610 A- / A+
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Ermənistan və Rusiya liderlərinə dördtərəfli görüş təklif edib. Sizcə, belə bir formatın baş tutması nələri dəyişəcək?

- Rəcəb Tayyib Ərdoğanın bu təklifi zaman və prosesin gedişi baxımından önəmli gediş oldu. Bu o zaman baş verir ki, ABŞ regionla bağlı siyasətində 180 dərəcə dəyişiklik edir. Senatdakı son dinləmələr göstərdi ki, ABŞ bölgədə Ermənistanı müdafiə etmək, onu öz təhlükəsizlik çətiri altına çəkmək və bütün sahələr üzrə əməkdaşlıq etmək niyyətindədir. Dövlət katibinin köməkçisi Yuri Kim bunu açıqlamasında aşkar formada bildirdi. Bu, dünənə qədər Türkiyəni Cənubi Qafqazda Rusiyaya qarşı sabitləşdirici güc kimi görən Amerikanın indi bölgədə ekspansiya siyasəti yürütməyə çalışdığını göstərir. Məhdud sayda olsa da, Ermənistana öz hərbçilərini göndərməklə bunu qapını aralamış oldu. Bu, əvvəlcədən razılaşdırılmış və düşünülmüş siyasi qərardır.

Avropa Birliyi də əvvəlcə Ermənistana məhdud sayda müşahidəçi göndərmişdi, indi onların sayları yüzlərlədir. Avropalılar Ermənistanda kəşfiyyat işləri ilə məşğuldur. Bəli, ABŞ-ın da mövqeyində ciddi dəyişiklik var. Bundan başqa, G-20-nin son sammitində Hindistan-Yaxın Şərq-Avropa dəhlizi ilə bağlı bir saziş imzalandı. Bunda da məqsəd təkcə yeni iqtisadi dəhliz yaratmaq deyil, həm də bu kontekstdə Türkiyəni oyundankənar vəziyyətdə saxlamağa çalışırlar. Bu, Türkiyəyə təzyiqdir. Türkiyə lideri artıq buna sərt təpki göstərib. Ərdoğan Türkiyəsiz dəhlizin mümkün olmayacağını bildirdi. Ərdoğan məhz bunun ardınca dördtərəfli görüş təklifi verdi. Bu, işlək olarsa, təsiredici format olacaq.
Qərb Türkiyəni necə yeni dəhliz projesindən kənarda qoymağa çalışırsa, Ərdoğan da onu bölgədəki proseslərdən kənarda qoymağa çalışır. Bu, çox ciddi addımdır, Avropa Birliyi və ABŞ-ın tədricən regionda yerləşmək səylərinin üstündən birdəfəlik xətt çəkmək deməkdir.

- Bəs bunun bir perspektivi varmı?

- Çox böyük perspektivi var. Çünki problem regionaldır, problemi həll edəcək dövlətlər regiondadır. Ona görə də, məsələləri bu formatda həll etmək daha rahatdır, nəinki regiondankənar – qlobal güclərin maraqlarını uzlaşdırmaq.

- Bu məqamda İranın mövqeyi necə ola bilər?

- ABŞ hərbçiləri Ermənistana gəldikdən sonra İran da İrəvana qarşı sərt bəyanatlarla çıxış etməyə başlayıb. Açıq mətnlə bildirirlər ki, məsələləri kənar qüvvələrdənsə, vaxtilə Bakı və Ankaranın təklif etdiyi 3+3 formatında həll etmək lazımdır. Yəni İran da əvvəllər prosesdə tormozlayıcı faktor kimi iştirak edirdisə, indi 3+3 formatının effektini görməyə başlayıb və bunun reallaşmasının vacibliyindən danışır. Belə bir məqamda da Ərdoğanın təklifi yerində edildi. Dördtərəfli format reallaşarsa, bu, gələcəkdə Ermənistanın bir subyektə çevrilməsinə də şərait yaradacaq. Ermənistan rəhbərliyi bilməlidir ki, kənardan nə qədər təhlükəsizlik və iqtisadi məsələlərlə bağlı təkliflər verilsə də, bunlar sözdən o tərəfə keçməyəcək.

Heç bir dünya gücü – nə ABŞ, nə də Avropa Birliyi Ermənistanı müstəqil subyekt kimi tanıyacaq. Bu müstəmləkəçi dövlətlər yeni müstəmləkə axtarışındadırlar. Növbəti hədəf də Ermənistandır. Ermənistan vasitəsilə bölgədə yerləşmək niyyətindədirlər. Biz yumşaq, bəzən də sərt formada bir ekspansiya görürük. Ermənistan daşı ətəyindən töküb Azərbaycanla sülh müqaviləsi imzalasa, bu, ən çox onun öz xeyrinə olacaq. İndi Ermənistan buna yol aça biləcək dördtərəfli formatda imtina etsə, bu qərarı ilə bağlı ciddi əsaslar ortaya qoymalıdır. Çünki bu, regional problemdir, kənardan kimisə bura dəvət etməyə ehtiyac yoxdur. Söhbət təhlükəsizlikdən gedirsə, bu, regional səviyyədə təmin olunmalıdır. Buna görə də, ən doğrusu Azərbaycan, Türkiyə, Ermənistan və Rusiya arasında qurulacaq formatdır.

- Ermənistan bunu sabotaj etməyə çalışsa, nə baş verəcək?

- O zaman Ermənistana yeni güc tətbiqi məsələsi gündəmə gələcək, bunun önünü açacaq. Ermənistan bu halda anlaşma üçün alternativ qoymayacaq. Bu, həm də üçtərəfli anlaşmalardan imtina anlamına gələcək. Bu halda Rusiya bu məsələdə Azərbaycan və Türkiyə ilə ortaq mövqedə dura bilər. Bu isə Ermənistana yaxşı heç nə vəd etməyəcək. Ona görə də, Ərdoğanın bu təklifinə sadəcə bir təklif kimi baxmaq lazım deyil. Bu, zamanında atılmış ən strateji addımdır. Düşünürəm ki, Rusiya buna razı olacaq.

Azərbaycana gəlincə, biz bu prosesin içindəyik. Ermənistan qalır, onun da hesabatını alacaqlar. Ermənistan bu hesabı ödəmək məcburiyyətində qalacaq. Yaxın zamanda bunu görəcəyik.

Ərdoğanın təklif etdiyi bu format anti-Azərbaycan və anti-Türkiyə mövqeyində dayananlara ən güclü cavab olacaq. Bu, həm də Rusiya və Türkiyə prezidentləri arasında Soçidə keçirilmiş son görüşdə əldə edilmiş anlaşmaların təzahürü deməkdir. Bunun ciddi nəticələrinin olma ehtimalı çox böyükdür.

- Baş nazir Nikol Paşinyanın İrəvanda keçirilən mer seçkilərində istədiyi nəticəni əldə etməməsi Rusiyaya bağlı revanşistləri fəallaşdırıb. Rusiya-Ermənistan gərginliyin yüksələn xətlə getdiyi vaxtda baş verən bu fəallıq Paşinyan hakimiyyətinə nə vəd edir?

- Düşünmürəm ki, bu, “Qarabağ klanı” və ya revanşist müxalifəti gücləndirir. Əslində, bu seçki Ermənistanın müxalif qüvvələrinin siyasi müstəvidə yerini dəyişdi. Dünənə qədər ana müxalifətə iddia edən reavanşist qüvvələr, yaxud rusiyayönlü “Qarabağ klanı” daha alt pillələrə düşdü. Hayk Marutyanın “Milli Tərəqqi” Partiyası seçki kampaniyasını qərbyönlü müstəvidə apardı. Marutyan qərb təfəkkürlü adamdır. “Milli Tərəqqi” seçkidə 18 faiz səs toplamaqla ana müxalifət statusunu əldə etdi. Bu, revanşistlərin 3-5-ci pillələrə enməsi deməkdir. Eyni zamanda, nəticələr onların perspektivlərinin üstündən xətt çəkdi.
Hesab edirəm ki, Marutyanın hansısa mərhələdə Paşinyanla anlaşması, koalisiyaya getməsi mümkündür. Ayrıca, seçkidə baryeri aşanlardan biri də “Respublika” Partiyasıdır, 11 faizdən artıq səsi var. “Respublika” dolayısı ilə Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasının davamı kimi görünür. Bunlar bir nüvədə olan siyasi mərkəzlərdir. Yeni merin seçilməsi üçün 33 səs lazımdır, bundan 32-ni “Vətəndaş Müqaviləsi”nin özü əldə edib. “Respublika” ilə anlaşma durumunda həmin 33 səsi ala biləcəklər.

Hesab edirəm ki, Nikol Paşinyan hələlik müxalifətdə gedən prosesləri izləyir. Hayk Marutyan hələlik güzəştə getmək istəmir, bütün müxalif qüvvələri özünün mer seçilməsi üçün dəstəkləməyə çağırır. Ancaq bunun əksini düşünənlər də var. Müxalif qüvvələrin isə ona qəbuledilməz təklifləri var. Yəni hadisələrin inkişafı müxalifət üçün o qədər də böyük perspektiv vəd etmir.

Bütün hallarda isə reallıq budur ki, Rusiyanın Ermənistandakı mövqeyi nəinki gücləndi, daha da zəiflədi. Göründü ki, Rusiyanın dəstəklədiyi müxalif qüvvələr bu hakimiyyəti devirəcək gücə deyil. Başqa bir gerçək isə budur ki, Paşinyanın səsləri müxtəlif siyasi partiyalar arasında parçalanıb. Bundan əvvəlki mer seçkilərində 60 faizdən çox səs alan Paşinyanın partiyası bu dəfə yalnız 33 faiz səs ala bildi. Bu parçalanma nəticəsində yeni müxalifət qabağa çıxmağa başlayıb ki, bu da moskvayönlü partiyaların daha da aşağı düşmələrinə səbəb oldu. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar