Xəbər lenti 
					
 
		Yaqub Zurufçu: "O qadını qısqanarlar ki..." - MÜSAHİBƏ - FOTO
Manevr.az yenicağ.az-a istinadla bildirir ki, tanınmış müğənni Yaqub Zurufçu Azərbaycana gəlib. Müğənni ilə İçərişəhərdə qarşılaşdıq. O, ailəsi - həyat yoldaşı Aynur xanım və oğlu Atilla ilə birgə gəzintiyə çıxdığını dedi. Əvvəlcə müsahibə verməkdən boyun qaçıran sənətçi və xanımınından çətinliklə də olsa, bəzi suallarımıza cavab ala bildik.
- Yaqub bəy, Azərbaycana nə vaxt gəlmisiniz?
- 15 gündür ki, Bakıdayıq, istədim oğluma İçərişəhəri göstərim. Övladım hələ burda olmayıb. Onunçün hər şey maraqlıdır. Amma inciməyin, mən müsahibə vermək istəmirəm. Nə efirlərə çıxıram, nə də saytlara danışıram.
- Biz sadəcə, hal-əhval tutmaq istəyirik. Amerikada yaşayırsınız?
- Orda da yaşayırıq, burada da...
Xanımı:
- Əsasən Azərbaycanda yaşayırıq, amma biznes üçün Amerikaya gedirik.
- Yaqub bəy hansı bizneslə məşğul olur?
- Biznesimiz yoxdur, sadəcə olaraq xarici ölkələrdə verdiyi konsertləri nəzərdə tuturam. Müğənninin biznesi onun verdiyi konsertlərdir.
- Yaqub Zurufçu ilə aranızda yaş fərqi var, nə əcəb özünüzdən bu qədər böyük birini seçdiniz, səbəb nə oldu?
- Mənim 37 yaşım var, amma həyat yoldaşımla aramızdakı yaş fərqini hiss etmirəm. Mən onu sevdiyim üçün seçdim.
- Övladınızın neçə yaşı var?
- Altı yaşı tamam olacaq. Adı da Atilladır.
- Atası kimi səsi varmı, böyüyəndə müğənni olmaq istəmir ki?
- Yox, atası onun müğənni olmasını istəmir.
Yaqub Zurufçu
- Xanımınızı qısqanırsınız?
- Yox.
- Niyə, gözəl qadındır, üstəlik özünüzdən yaşca da bu qədər kiçikdir?
- Yox, o qadını qısqanarlar ki, gözü-başı qaynaya. Mənim seçdiyim qadın kişi qızıdır.
- Aynur xanım, Yaqub bəyin sizə qadağaları varmı?
Aynur xanım
- Qətiyyən.
- Bir məşhurun xanımı olmağın çətinlikləri varmı?
- Yaqub Zurufçunun xanımı olmaq çətindir.
- Ən sərt xüsusiyyəti hansıdır?
- Sərt xüsusiyyəti yoxdur.
- Bir müddət öncə Yaqub Zurufçunun təşəbbüsü ilə Avropada keçiriləcək konsertlərin fars adı altında təqdimatı qalmaqallara səbəb oldu...
- Afişa məsələsi ilə bağlı qalmaqala Yaqub bəy özü də cavab verdi. Sonra da peşman oldu. Deyir gərək cavab verməyəydim. Çünki hər bir insanın öz fikri var...
- Yəqin ki Amerikada lüks, dəbdəbəli həyat yaşayırsınız?
- Yox, dəbdəbədən uzaq həyatımız var.
 
	   
	    
		
		
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















