Manevr.az müğənni, bəstəkar və aranjemançı Afşin Azərinin lent.az-a verdiyi müsahibəni təqdim edir.
- Afşin bəy, sizin mahnılarınızı sevərək dinləsək də, özünüz haqqında çox az məlumatımız var. İstərdim özünüzü tanıdasınız.
- 1985-ci ildə noyabrın 4-də Təbriz şəhərində anandan olmuşam. Musiqi kollecini bitirəndən sonra Tehran “Sureh” universitetində aktyorluq üzrə ali təhsil almışam. ilk musiqi təhsilini 3 yaşımda almağa başladım. İlk müəllimim atam olub və zərb alətlərini (qaval, nağara, dümbək) çalmağı ondan öyrənmişəm. Atam Əhəd Azəri, əmim Hüseyin Azəri İranda tanınmış qaval ustaları idilər. Sonra akordeon, skripka sintezator, qarmon kimi alətlərdə çalmağa başladım. 6 yaşımda olanda oxumağa başladım, 1995-ci ildə, yəni 10 yaşım olanda “Zindanın gecələri” adlı ilk albomum işıq üzü gördü. 16 yaşımdan aranjeman işinə və bəstəkarlığa başladım. Ötən ilə qədər Təbriz radiosunun milli orkestrində müğənni kimi fəaliyyət göstərmişəm.
- Həm fars həm də türk dilində oxuyurdunuz?
- 2018-ci ildə, ana dilində, Azərbaycan türkcəsində, “Can-Can” adlı birinci albomu buraxmışdım. Bu albom bütün türkdilli ölkələrdə yayımlandı. Həmin il türk dünyasının ən yaxşı müğənnisi adını aldım. Koronavirusdan sonra 4 ay ərzində 180 dəfə solo konsert verdim. Bu İranda bir rekord idi və hələlik yenilənməyib. Ən çox konsert verən müğənni statusu da mənə məxsusdur”. Fars dilində ilk albomum 2020-ci ildə yayımlandı və bütün İranda sevildi.
- Bununla belə, İranı bir dəfəlik tərk etmisiniz...
- Bəli. 2021-ci ildə İranı bir dəfəlik tərk edərək ailəmlə birlikdə Azərbaycan Respublikasına köçdüm. İncəsənət əhlinə olan davamlı təzyiqlər və musiqi sahəsində hökm sürən çətin vəziyyətin bu mühacirətdə böyük rolu oldu.
- Azərbaycanda yaradıcılığınız hansı şəkildə davam edəcək, hədəfləriniz nələrdir?
- Afşin Azəri adı Təbrizin dünyaya açılan səsi oldu, Cənubi Azərbaycanın musiqi brendi deyiləndə mənim də adım yada düşür. Lakin bu heç də son deyil və mən Bakıda ən yaxşı bəstəkarlar, aranjemançılar və mahnı bəstələyənlər sırasında yer ala biləcəyimə inanıram.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar