Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan ətrafında yeni gəlişmə: böyük oyunun şifrəsi çözülür - Müsahibə

Tarix: 09-09-2022 10:12     Baxış: 41 859 A- / A+
Manevr.az həmin müsahibəni təqdim edir:
- ATƏT-in Minsk qrupunun amerikalı həmsədri və ABŞ dövlət katibinin Qafqaz üzrə nümayəndəsi Filip Riker Azərbaycan və Ermənistana gələcək. Maraqlıdır, Riker bölgəyə həmsədr, yoxsa dövlət katibinin nümayəndəsi kimi gəlir? Yəni həmsədr kimi gəlirsə, Minsk qrupunu fəallaşdırmaq istəyən ABŞ Rusiya ilə eyni masa arxasında necə oturacaq?
- Əslində, ABŞ Rusiya ilə eyni masa arxasında oturmaq istəmir. Rikeri iki adla bura göndərirlər: həm həmsədr, həm də Qafqaz üzrə nümayəndə qismində. O, həmsədr kimi ancaq Azərbaycan və Ermənistanla danışa bilər. Amma Riker bölgənin hər üç ölkəsində olacaq. Demək, həmsədr yox, Qafqaz üzrə nümayəndə missiyası daha üstündür. Çünki özləri də bilirlər ki, Minsk qrupu qəbiristanlıqdır - fatihəsi verilən ölü geri qayıtmır.
Amerika çalışır ki, Cənubi Qafqazda Rusiyanı sıxışdıran qüvvə kimi təmsil olunsun. Bu, onların üç ölkəyə yönəlik siyasətindən və bu dövlətlərin bunu necə qəbul edəcəyindən asılıdır.
Gürcüstanın ABŞ-ın mövqeyini tutacağına inanmıram. Gürcüstan 2008-ci ildə ərazilərini itirməsi ilə yaddan qalan hadisələri unutmur. Azərbaycan prezidenti artıq mövqeyini açıqlayıb, Minsk qrupunu ümumiyyətlə qəbul etmir. Paşinyan da flügerdir, axşam bir söz deyir, səhər bir, günorta da başqa. Riker gəlsin, görək, bizdən nə istəyir.
Onun Azərbaycan prezidenti ilə görüşündən çox şey asılıdır. Amma onlar Qafqazda sülhü təmin etmək üçün yox, öz maraqlarını təmin etmək üçün gəlirlər.
- Ümumən ABŞ-ın Cənubi Qafqazla bağlı planlarında nələr ola bilər? Amerika üçün prosesin Ermənistan və ya Azərbaycanın lehinə yekunlaşmasının bir önəmi varmı?

- ABŞ-ın bir Milli Təhlükəsizlik Konsepsiyası var. Heç bir dövlətin belə bir konsepsiyası yoxdur. Həmin konsepsiyaya görə, dünyanın harasında olur-olsun, ABŞ siyasi-iqtisadi maraqları onun milli təhlükəsizliyidir. Yəni onlar belə bir nonsens ideya ilə dünyanı idarə edirlər. Təbii ki, dünya bunu qəbul etmək istəmir.
ABŞ Rusiyanı bəlaya salsa da, Çini öz tələsinə sala bilmir. Hindistana da müəyyən həmlələr var. BRİKS adlanan bir “beşlik” qurulub. Bura Braziliya, CAR, Rusiya, Hindistan və Çin daxildir. Bu dövlətlər ABŞ-ın dünyadakı mövqeyini zəiflətməyə çalışırlar. Amerika da yavaş-yavaş öz mövqelərini itirməyə başlayıb, buna görə də bir qədər aqressivləşib. Amerikanın hədəfi yenidən dünyaya hökmranlıq etməkdir. Fikir verin ki, uzun illər dollardan baha olan avronun qiymətlərini aşağı endirdilər. Bu uzun müddət aparılan plan idi. Yəni harada olur-olsun, ABŞ-ın iqtisadi maraqları var.
ABŞ heç yerə demokratiya aparmır. Amerikanın harada marağı təmin olunursa, “orada demokratiya var” deyir. Məsələn, heç vaxt Səudiyyə Ərəbistanında demokratiya olmayıb. Qulağının dibindəki Kubada iqtisadi maraqları olmadığına görə Amerika ora üçün demokratiya haqda düşünmür. Venesuelada iqtisadi maraqları var deyə, orada min oyundan çıxdı.
Böyründəki Kolumbiya dünyanı narkotiklə təmin edən üç dövlətdən biridir, amma Amerika orada da demokratiya haqda fikirləşmir. Bura Əfqanıstanı da aid etmək olar.
ABŞ-ın əməlləri ilə dedikləri heç vaxt üst-üstə düşməyib, bundan sonra da düşməyəcək.
- Rusiyaya səfər edən Ermənistan Baş naziri Nikol Paşinyandan da qəribə açıqlama gəldi. Bir müddət əvvəl Brüsseldə Avropa Birliyinin vasitəçiliyinin önəmindən danışan Paşinyan Vladivostokda prosesin Rusiyanın moderatorluğu ilə həllini tapacağına ümidini dilə gətirdi. İndi Paşinyan kimin vasitəçiliyində maraqlıdır: Brüsselin, yoxsa Moskvanın?
- Paşinyan qeyri-adekvat adamdır. Birincisi, bu adamın Vladivostokda nə işi var? Gedib, getsin, amma elə bil bu adamın hazır konspekti var, Putini görən kimi bunu əzbərə deməyə başlayır. Rus dilini də qol-qanadını qıra-qıra danışır. Çıxışına üç-dörd dəfə qulaq asdım ki, görüm, bir şey başa düşə bilirəmmi.
Paşinyan yenə də erməni xislətinə uyğun olaraq, ara vurmaqla məşğuldur. Türkiyə ilə birbaşa danışmaq istəyir, burada vasitəçi istəmir. Azərbaycandan danışanda deyir ki, burada Rusiya vasitəçidir. Hətta deyir ki, Rusiya hər şeyi həll edəndir. Şarl Mişellə görüşündə də deyir ki, Avropa Birliyinin sülh müqaviləsinin hazırlanmasında çox böyük xidməti var. Dediyim kimi, Paşinyan qeyri-adekvat adamdır, siyasətçi də deyil. Ən pisi də budur ki, ermənidir. Yəni bu millətin xarakterinə uyğun danışır. Bu adamı anlamağa çalışıram, amma başa düşə bilmirəm.
Paşinyan Vladivostokda ABŞ və Avropa Birliyinə olan münasibətinə 180 dərəcə əks mövqe sərgilədi. Hətta o yerə qədər dəyişdi ki, bütün məsələləri Moskva ilə həll etdiklərini, Qərbin sanksiyalarından qorxmadıqlarını və Rusiya ilə əməkdaşlığı davam etdirəcəklərini dilə gətirdi. Bu adamın fikrinin nə olduğunu anlamaq çətindir. Bu tərəfdə komandasını yığıb tapşırır ki, noyabradək sülh sazişinin mətnini hazırlayın, o tərəfdə də başqa söz deyir. Deyəsən, həqiqətən bu adam başını itirib. Onsuz da başı yox idi, normal adam belə şeylər danışmır. Buna görə də Paşinyanın Vladivostokdakı çıxışının məntiqini anlamaq çətindir. Erməni xislətinə uyğun çıxış idi.
- Paşinyan Rusiya Prezidenti Vladimir Putindən Ermənistan-Türkiyə əlaqələrinin normallaşmasına kömək etməsini xahiş etdi. Sizcə, bu, Paşinyanın öz istəyidir, ya bunu Türkiyə ilə müzakirələrdə özünə yer etmək istəyən Kremlin diktəsi ilə dilə gətirir?
- Paşinyan Kremldən ona verilən “şparqalka” üzrə çıxış etdi. Həmin gün Türkiyə Prezidenti Ərdoğan maraqlı bir fikir işlətdi ki, Rusiyanı zəif hesab edirsinizsə, yanılırsınız. Bilirsiniz, burada hansı oyun gedir? ABŞ çalışır ki, Türkiyənin əliylə Rusiyanı zəiflətsin. Türkiyə bunu başa düşdü və oyundan çəkildi. İndi Ermənistanı Azərbaycana qarşı istifadə etdikləri kimi, Yunanıstanı da Türkiyəyə qarşı oyuna çəkirlər. Ərdoğan isə öz mövqeyini gücləndirə bildi.
Putin də ağılsız adam deyil, Ərdoğanın sözünə bütöv adam olduğunu deyir. Putin də Türkiyənin əli ilə NATO-nu dağıtmağa çalışır. Amma Ərdoğan bu oyuna da getmədi. Bütün bu qarşılıqlı mesajların arxasında hər dövlətin öz marağı durur. Məşhur Milli Maraqlar nəzəriyyəsinə görə, dövlət öz hədəfinə çatmaq üçün hər şeydən istifadə edə bilər. Ona görə də bu şəkildə davranırlar. Türkiyə öz, Rusiya da öz oyununu oynayır.
Guya Paşinyan da özünü ağıllı hesab edir. Rusiya ilə Türkiyəni yaxınlaşdıran İlham Əliyev oldu. Bu birmənalıdır. Eyni zamanda, İsrail də bunu etiraf etdi ki, Türkiyə ilə bu ölkə arasında da əsas vasitəçi İlham Əliyev olub. İlham Əliyev Ərdoğan kimi regional oyunçudan qlobal oyunçuya çevrilib. Bunu həzm edə bilməyənlər var, o cümlədən, ermənilər və onu dəstəkləyən qüvvələr. Paşinyan da özünü elə təqdim edir ki, guya “sülh göyərçini”dir. Rusiya və Türkiyə də o mesajı verir ki, İlham Əliyevə yox, mənə diqqət edin. Bu bədbəxt burada iki erməni arasında dil tapa bilmir, beynəlxalq oyunçu necə olacaq. Yəni Paşinyanın çıxışının arxasında bu dururdu.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar