Sizin Reklam Burada
Xəbər lenti
26-11-2026
25-11-2026
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurasının bəyanatı

Tarix: 27-11-2026 11:40     Baxış: 427 A- / A+
Azərbaycan Mətbuat Şurası informasiya məkanında baş verən proseslər zamanı media subyektlərindən və jurnalistlərdən peşəkarlığın nümayiş etdirilməsi tələbi ilə bağlı bəyanat yayıb. 
Manevr.az xəbər verir ki, bəyanatda son dövrlər bəzi media təqdimatlarında jurnalistikanın missiyasına uyğun olmayan, hadisələrin mahiyyətindən daha çox süni rezonans yaratmağa hesablanmış yanaşmaların müşahidə olunduğu bildirilib.
"Azərbaycan Mətbuat Şurası hesab edir ki, jurnalistika ictimai maraq naminə deyil, auditoriyanın diqqətini cəlb etmək məqsədilə hadisələrdən istifadə vasitəsinə çevrilməməlidir. Xüsusilə, ayrı-ayrı tanınmış şəxslər, o cümlədən vəzifə səlahiyyətləri başa çatmış şəxslərlə bağlı yoxlanılmamış məlumatların, əsassız ittihamların və alçaldıcı ifadələrin yayılması yolverilməzdir. Belə təqdimatlar həm də ictimai müzakirə mədəniyyətinə xələl gətirir.
Uşaqlarla bağlı məlumat və görüntülərin yayılmasında yol verilən qüsurlar narahatlıq doğurur. Onların şəxsi həyatının, kimliyinin və mənafelərinin qorunması medianın mühüm etik öhdəliyidir. Xüsusilə, faciəvi hadisələrdən zərər çəkmiş uşaqların kimliyinin açıqlanması, onların şəxsi məlumatlarının yayılması yolverilməzdir.
Eyni zamanda, vətəndaşların şəxsi və biometrik məlumatlarının yayılması, bədbəxt hadisələr zamanı zərərçəkənlər barədə təsdiqlənməmiş informasiyaların tirajlanması peşə etikası prinsiplərinin pozulmasıdır. Digər ciddi problem isə bəzi media materiallarında təqsirsizlik prezumpsiyasına əməl olunmamasıdır. Məhkəmə hökmü qanuni qüvvəyə minmədən şəxslərin cinayətkar kimi təqdim edilməsi, onların ictimai linç obyektinə çevrilməsinə yönələn çağırışlar hüquqi dövlət prinsipləri ilə uzlaşmır.
Jurnalistikanın nüfuzuna xələl gətirən, vətəndaşların hüquqlarını və qanuni mənafelərini, işgüzar və şəxsi nüfuzlarını zərbə altında qoyan hallara münasibətdə prinsipial mövqe tutacaq.
Azərbaycan Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri insan hüquqlarına, şəxsi həyatın toxunulmazlığına, təqsirsizlik prezumpsiyasına və "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"nın tələblərinə ciddi əməl etməyə çağırır", - bəyanatda bildirilib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar