Xəbər lenti
Jurnalistlərin IX qurultayının vaxtı dəyişdirildi
Azərbaycan jurnalistlərinin qurultayının vaxtı dəyişdirilib.Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan jurnalistlərinin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, təşkilat komitəsi tədbirin keçirilmə tarixinin oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilməsinə qərar verib ki, bu da hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurətindən irəli gəlir:
"Təşkilat Komitəsi Mətbuat Şurasına üzv təşkilatlara qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin verilməsi prosesini sürətləndirməyə, bunun üçün MŞ-nin "presscouncil.az" veb-saytındakı "Azərbaycan jurnalistlərinin IX qurultayı" bölməsində yerləşdirilmiş təlimatı yerinə yetirməyə (anketləri dolduraraq şəxsən Mətbuat Şurasına çatdırmaq və ya info@presscouncil.az elektron ünvanına göndərmək) çağırır".
Qeyd edək ki, nümayəndələrin və namizədlərin verilməsi prosesi oktyabrın 12-də başa çatacaq. Qurultay oktyabrın 16-da saat 09:00-da öz işinə başlayacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























