Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı jurnalistlər Bişkekdə

Tarix: 31-08-2026 12:30     Baxış: 353 A- / A+
Azərbaycanlı jurnalistlər Bişkekdə - GÖRÜNTÜ
Azərbaycanlı jurnalistlər Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri çərçivəsində Bişkek şəhərinə gediblər.
Manevr.az xəbər verir ki, avqustun 31-də Qırğızıstanın paytaxtında VI Ümumdünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək.
Azərbaycan bu mötəbər tədbirdə idman, mədəniyyət və elm proqramları üzrə təmsil olunacaq.
Səfər çərçivəsində sentyabrın 1-də isə Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarovun sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək.
Həmçinin "ŞƏT plyus" formatında yüksək səviyyəli görüşün baş tutacağı gözlənilir.
Görüşlər zamanı dövlət və hökumət başçıları beynəlxalq və regional gündəliyin aktual məsələlərini, ŞƏT-in gələcək inkişafının prioritet istiqamətlərini müzakirə edəcəklər.
Bundan əlavə, siyasi, ticari-iqtisadi, nəqliyyat-logistika, rəqəmsal, ekoloji, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri diqqət mərkəzində olacaq.
İclasın yekununda ŞƏT-in 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsinin qəbul edilməsi, çoxşaxəli əməkdaşlığın daha da möhkəmləndirilməsinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş bir sıra sənəd və qərarların imzalanması nəzərdə tutulur.
Azərbaycanlı jurnalistlər səfər çərçivəsində keçiriləcək tədbirləri və Prezident İlham Əliyevin iştirakını yerli və beynəlxalq ictimaiyyətə operativ şəkildə çatdıracaqlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar