Xəbər lenti
MEDİA onlayn media üçün müsabiqə elan etdi
Manevr.az-ın xəbərinə görə, MEDİA-dan bildirilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Media subyektlərinin müsabiqədə iştirak etməsi üçün bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla ən azı dörd nəfərdən ibarət heyəti olmalıdır.
Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 (beş min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur. Bu dövr ərzində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 (səkkiz yüz) manat təşkil etməlidir.
Qeyd edilib ki, müsabiqəyə 12 may 2026-cı il saat 18:00-dək müraciət etmək mümkündür.
Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































