Sizin Reklam Burada
Xəbər lenti
09-08-2026
08-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bu sözə görə telekanallara xəbərdarlıq ediləcək

Tarix: 08-12-2025 14:22     Baxış: 3161 A- / A+
Bu sözə görə telekanallara xəbərdarlıq ediləcəkÖlkə başçısının da qeyd etdiyi kimi, dilimizdə əcnəbi sözlərin çoxluğu ilə bağlı məsələlər mövcuddur.
Manevr.az teleqraf-a istinadla xəbər verir ki, bunu Audiovizual Şurasının sədri İsmət Səttarov parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün əcnəbi sözlərin reklam çarxlarından çıxarılması ilə bağlı mühüm addımlar atılıb:
“Bununla bağlı qanunvericiliyə uyğun işlər görülüb. Bu sahədə dilin normalarına ciddi riayət edilir. Amma televiziya verilişlərində bu vəziyyət o qədər də ürəkaçan deyil”.
Şura sədri bildirib ki, televiziyalarda əcnəbi dillə bağlı monitorinqlər aparılır:
“Süni intellekt proqramı sayəsində 40-a yaxın əcnəbi sözlərin monitorinqi aparılıb. Məsələn, “ok” sözündən gün ərzində telekanallarda aparıcılar kifayət qədər istifadə edir. Ona görə də, biz bununla bağlı kanallara xəbərdarlıq göndərəcəyik. Bununla bağlı cərimələr da var. Biz mediamızı cərimələmək istəməsək də, bundan başqa çıxış yolu qalmır”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar