Xəbər lenti
İlhamə Quliyevanın gerçəkləşməyən arzusu... - Mərhumun dostu DANIŞDI
“Hər zaman İlhamə Quliyeva sənətinə qibtə etmişəm. Biz onun hər bir mahnısında tənhalıqdan çırpınan ürək döyüntülərini hiss edirik. Çünki o, mahnılarında özünü yaşayırdı.”
Manevr.az-ın məlumatına görə, bu fikirləri mərhum xalq artisti İlhamə Quliyevanın yaxın dostu və sonralar adları qalmaqllarda hallanan tanınmış ictimai xadim Hacı Quliyev deyib.
Bu gün İlamə Quliyeva doğum günü olmasını nəzərə alan H.Quliyev, bu səbəbdən İlhamə Quliyeva ilə bağlı təəssüratlarını bölüşüb. O, təəssüf hissi ilə qeyd edib ki, bir çox insanlar mərhum sənətçini sona qədər duya, dərk edə bilməyib:
“İlhamə Quliyeva üsyanının son anlara qədər nə üsyan olduğunu bilmədilər. O, öz dəyərini bilirdi və ucaldığı zirvədə özünü qorumağa çalışırdı. Sadəcə olaraq, qorumağa...”.
H.Quliyev, mərhum sənətkarın ən böyük arzularından biri “İlhamə Quliyeva Mədəniyyət Mərkəzinin” yaradılması olduğunu vurğulayıb. O, həmçinin İlhamə Quliyevanın bu barədə lazımı instansiyalarla danışıqlar apardığını da qeyd edib:
“Biz bu mövzuda İlhamə xanımla tez-tez danışırdıq. Onun yaxın dostu, sirdaşı, sabiq rabitə naziri Siruz Abasbəylinin də o zaman bu layihədə mühüm yerlərdən birini tutacağı gözlənilirdi. Layihə haqqında cızma-qaramız da vardı. Son illər layihə bizim ən aktual mövzularımızdan biri idi.
İlhamə xanımın oğlu Orxan onun xatirələrini özünəməxsus səmimiyyətlə, Primadonnaya layiq şəkildə yaşadır. Mədəniyyət mərkəzi qurula bilməsə də, Orxanın simasında biz həmin mərkəzin fəaliyyətini hər xırdalığı ilə görə bilirik”.
H.Quliyev digər maraqlı məqamdan da danışıb. O, xalq artistinin əsgərlər qarşısında çıxış etdiyi zaman söylədiyi arzularından təsirləndiyini deyib:
“İlhamə Quliyeva xalqına, millətinə hədsiz dərəcədə bağlı bir insan idi. Bir neçə il əvvəl Şəmkirdə əsgərlərimiz qarşısında çıxış etdiyi iki saatlıq canlı konsertindən sonra “Ən böyük arzum Qarabağda möhtəşəm bir konsert verməkdir. Bax, canlı ifa üzrə rekordu məhz orada vuracağam” deməsi, məni təsirləndirməyə bilməzdi.
Bu gün İlhamə xanım aramızda yoxdur, amma nə yaxşı bizim üzümüzə İlhamə Quliyeva qapıları əbədi bağlanmadı.”
Daha sonra H.Quliyev “Primadonna” adlı sənədli filmdən söz açıb. İctimai xadim burada da maraqlı məqamlardan danışıb:
“İlhamə xanım haqqında “Primadonna” adlı sənədli filmin çəkilməsinin təşəbbüskarı idim. Bu barədə onunla çox söhbətlərimiz olub. Lakin İlhamə xanım cavabında mənə deyirdi: “Mən bütün arxivimi oğlum Orxana əmanət etmişəm. Mən olmayanda Orxanla bərabər bu filmi çəkdirərsiniz”.
Bu gün-17 avqustda Orxan mənə zəng edərək, bu haqda danışdı. Onun “İnstagram” səhifəsində İlhamə Quliyeva barəsində yazdığım fikirlərə görə təşəkkür etdi. Mən xalq artistinin sənədli filmi və arxivi barəsində söz açdım. Orxan da bu film barəsində neçə müddətdir düşündüynü dedi. Bildirdi ki, bu, çox maraqlı bir layihə olmalıdır. İnşallah, tezliklə bərabər bu filmi ilhaməsevərlərə təqdim edərik.
Allah sizə rəhmət eləsin, Primadonna!”.
Modern.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar