Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Turqut Özaldan Gülən haqqında heyrətamiz fikirlər

Tarix: 01-08-2016 14:17     Baxış: 1567 A- / A+
Turqut Özaldan Gülən haqqında


Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə ittiham edilən və ABŞ-ın Pensilvaniya ştatına yaşayan Fətullah Gülənin bütün mahiyyətini üz çıxaran faktlar sırasına biri də əlavə olunub.

Manevr.az xəbər verir ki, Türkiyənin 8-ci Prezidenti Turqut Özalın Gülən barədə vaxtilə səsləndirdiyi fikirlər yenidən gündəmə gəlib və heyrətamiz rezonans doğurub.

T.Özalın Gülənlə bağlı fikirlərini olduğu kimi təqdim edirik:

Onu illərdir tanıyıram. İlk dəfə Dövlət Planlaşdırma İdarəsində görüşmüşdük. Daha sonra da bir neçə dəfə görüşmək istədi, ancaq bir neçə zəruri, rəsmi görüş istisna olmaqla, şəxsi görüşə razılıq vermədim.

Hyustonda müalicə alarkən məni ziyarət etməyə gəlmişdi, orada görüşdük. Məndə yaratdığı mənfi təəssürat ondan soyumağıma, hətta çəkinməyimə səbəb oldu. Çünki onun böyük bir ehtirasa sahib olduğunu aydın gördüm. Türkiyə ona kifayət etmir, o, bütün dünyanı ələ keçirməyə çalışır. Sonrakı illərdə əldə etdiyim məlumatlar bu fikrimi daha da qətiləşdirdi.

O, çox böyük ustalıqla yalan danışa bilir. Bu barədə onun ətrafında olanlardan güvəndiyim birinə danışdıqda, o, “Gülənin yalanı belə gözəldir” cavabını verdi və bu məni çox ürkütdü. Çünki bu şəxs ətrafında olan hər kəsi ovsunlayır və əsir alır.

Son görüşümüzdə üzümə xoş sözlər dedi, amma daha sonra eşitdim ki, arxamdan pis sözlər danışır və yazır. Mənim tanıdığım islam alimləri belə hərəkətlər etmir. O, dindən sui-istifadə edir.

Gülənin “Dünyanı düzəltmək üçün ona nəzarət etmək lazımdır” anlayışı mənə Hitleri xatırladır. Hitler yalnız orta məktəbi bitirmişdi, ancaq dünyanın ən böyük natiqlərindən biri idi. O, yüksək inandırıcılıq qabiliyyəti ilə almanları öz arxasınca apara bildi.

Fətullah Güləni də təhsil almadığına baxmayaraq, fövqəladə natiqliyi və inandırıcılıq qabiliyyətinə görə Hitlərə bənzədirəm. Hitler millətçi idi, Gülən isə öz amalları üçün dindən sui-istifadə edir. İnşallah, mənim bu fikirlərim yanlış olar
”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar