Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

70 dilə tərcümə edilən kitabın ŞOK səhifələri aşkarlandı - Cinsi əlaqə və əxlaqsızlıq...

Tarix: 19-05-2018 20:50     Baxış: 4456 A- / A+
70 dilə tərcümə edilən kitabın ŞOK səhifələri aşkarlandı - Cinsi əlaqə və əxlaqsızlıq...

II Dünya Müharibəsinin simvollarından birinə çevrilən yəhudi əsilli Anna Frankın nasist işğalı zamanı Amsterdam şəhərində qələmə aldığı gündəliklərə dair yeni fakt üzə çıxıb.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, məşhur gündəliyin daha 2 səhifəsi ortaya çıxıb. Həmin 2 səhifədə Anna qadınların əxlaqsızlığı və cinsi əlaqələr haqqında düşüncələrini qələmə alıb. Qeydlər 28 sentyabr 1942-ci ilə aiddir.

Gündəliyin 78 və 79-cu səhifələri oxunmaması üçün qəhvə rəngdə kağızlarla örtülüb. Anna burada cinsi əlaqələrlə bağlı tənqidi bir zarafat qeydə alıb: "Alman nasist qadın əsgərlər niyə Hollandiyaya gəlir? Əsgərlərə döşək olmaq üçün".

Gündəliyin 78-ci səhifəsi oxunmayacaq dərəcədə qaralanıb. Anna burada "bu səhifəni ayıb zarafatlar yazmaq üçün istifadə edəcəm" sözlərini yazıb. Digər səhifədə isə cinsi əlaqə və əxlaqsızlıqla bağlı düşüncələrinə yer verib. Səhifələrin varlığı "Anna Frank Vəqfi" tərəfindən 2001-ci ildə kəşf edilib. Vəqf səhifələri Hollandiya Haygens Tarix Universitetinin köməyi ilə rəqəmsal bir fotomontaj texnikası sayəsində oxuya bilib. Hələlik sadəcə internetdə yayımlanan səhifələr 2019-cu ildə araşdırmanın tamamlanmasından sonra çap ediləcək.

Qeyd edək ki, 1929-cu ildə Almaniyada dünyaya gələn Anna Frank nasist hökumətinin təzyiqi altında 1934-cü ildə Hollandiyaya köçüb. 8 il sonra almanların təzyiqinin artmasından sonra ailəsi Amsterdamın Prinsenqraxt səmtindəki evdə kitab rəfləri ilə bağladılan bir otaqda uzun müddət gizlənib. Ailə 1944-cü ildə həbs edilib. Anna 1944-cü ilin oktyabr ayında bacısı ilə birgə qaçqın düşərgəsinə göndərilib. 1945-ci ildə isə yatalaq xəstəliyindən vəfat edib. Onun qələmə aldığı gündəlik 70-dən çox dilə tərcümə edilib, bir neçə dəfə teatr səhnələrinə qoyulub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar