Xəbər lenti
Misir Mərdanovdan abituriyentlərin intiharına REAKSİYA: "Öz dövrümə cavabdeh idim"
Son illər Azərbaycanda qəbul imtahanında az bal toplayan abituriyentlər arasında intihar halları qeydə alınır. Artıq demək olar ki, hər il qəbul imtahanları zamanı yaxşı nəticə göstərmə bilməyən abituriyentlər arasında intihar hallarına rast gəlinir. Sosial şəbəkələrdə bəzən buna "Abituriyentlərin intihar dövrü başladı” şüarı altında da fikirlər səsləndirirlər. Elə bu gün Sumqayıt şəhərində daha bir abituriyent özünü ataraq intihar edib. 17 yaşlı Rüstəmov Faiq Fuad oğlu özünü 14-cü mərtəbədən ataraq həyatına son qoyub. F.Rüstəmov dünən qəbul imtahanında iştirak edib və ilkin məlumata görə, az bal topladığı üçün özünü öldürüb.
Unikal.org-un əməkdaşı məsələ ilə bağlı Azərbaycanın sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun fikirlərini öyrənib. Sabiq nazirin hadisə ilə bağlı açıqlaması orjinallığı ilə fərqlənib.
- Misir müəllim, ötən gün qəbul imtahanlarında zəif nəticə göstərən daha bir abituriyent intihar edib. Sizin bir ziyalı kimi bu məsələyə münasibətinizi bilmək istərdik.
- Mən hadisənin təfərrüatını bilmdən məsələyə necə münasibət bildirim? Vallah nə deyim. Bu adamların psixioloji vəziyəti ilə tanış olmamış heç nə demək olmaz.
- Gənclərimizin bu konteksdə intiharlardan uzaq olmaları üçün nə edilməlidir?
-Qardaş, bu fikirləri məndən yox, onların oxuduqları təhsil ocaqlarından soruşun. Mənim nə işim var?
-Hər halda bir ziyalı kimi mövqeyinizi bilmək istərdik.
-(Əsəbi halda) Ziyalı kimi gənclərimizin bu cür ölüm yolunu seçmələrinə görə heyfislənirəm. Başqa nə deyə bilərəm? Azərbaycanda bir ziyalı mənəm? Gedin, bu mövzu ilə bağlı başqalarından soruşun. Gedin onlardan, bu adamları tanıyanlardan soruşun. Axı, mən onları tanımaya-tanımaya nə deyim? Mən kənardayam indi.
-Misir müəllim siz uzun illər Azərbaycanın təhsil naziri işləmisiniz. Ən azından orta təhsil sistemindəki vəziyyətə bələdsiniz...
-Nə olsun, təhsil naziri işləmişəm. Mən öz dövrümə cavabdeh idim. İndi isə bu sektordan kənarda çalışıram. 6 ildir mən təhsil naziri işləmirəm. Mən bir daha gənclərimizi belə ölümlərdən çəkinməyə çağırır və onların bu cür ölümünə görə heyfslənirəm. Amma kimsəni də bu məsələ ilə bağlı günahlandırmaq istəmirəm. Bu cür sualları da mənə ünvanlamayın. Özünüz yazın ki, bu cür hallar pis şeydir. Mən bir şey deyirəm, siz başqa şey yazırsınız.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar