Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İcra başçısının müavini sahibkarı kabinetinə çağırıb, döydü

Tarix: 06-05-2018 16:00     Baxış: 1408 A- / A+
İcra başçısının müavini sahibkarı kabinetinə çağırıb, döydü

Qax rayon İcra Hakimiyyəti Başçısının müavini Elbrus Tağıyev öz xidməti kabinetində iş adamını döyüb.

Rayondakı mənbənin “AzPolitika.info”ya verdiyi məlumata görə, hadisə mayın 2-də baş verib, hazırda Qax Rayon Prokurorluğunda araşdırılır.

Məlumata görə, icra başçısının müavini rayonda “Qax” sularını istehsal edən müəssisələrdən birinin sahibi olan Mustafa Muxtarova xəsarət yetirib. İş adamı icra başçısının müavinindən prokurorluğa şikayət edib.

Qarabaş döyüşlərinin iştirakçısı, 3 dəfə Qax Bələdiyyəsinin üzvü seçilmiş 54 yaşlı M.Muxtarov “AzPolitika.info”ya açıqlamasında məlumatı təsdiq edib. Sahibkar bildirib ki, mayın 1-də Elbrus Tağıyev ona zəng vuraraq, qayınanasına məxsus mağaza ilə bağlı onu İcra Hakimiyyətinə dəvət edib. Mayın 2-də saat 10 radələrində E.Tağıyevin qəbulunda olarkən rayonun baş arxitektoru və başqa bir nəfər də kabinetdə olub. İcra başçısının müavini M.Muxtarova bildirib ki, ərazi ilə bağlı başqa bir şəxs onlardan şikayət edib, guya həmin adamın əlində qanuni sənədi var. “Mən bu zaman etiraz etdim, bildirdim ki, əlində cizgi sənədi varsa məhkəməyə müraciət etsin. Siz niyə bu işə qarışır və bizə təzyiq edirsiniz. Elbrus Tağıyev məni etirazımdan sonra özündən çıxdı, yerindən qalxıb mənə tərəf yeridi, əvvəl yaxamdan yapışıb dartışdırdı. Sonra kəllə ilə sifətimə zərbə vurdu, burnumdan qan açıldı. Mən onun əlindən qurtarıb, sənədləri də götürüb otağı tərk etdim. Arxadan polisə qışqırdı ki, “bu zibili götürün rədd edin burdan””.

M.Muxtarov deyir ki, ordan çıxandan sonra icra başçısı ilə görüşməyə cəhd edib. Əvvəl deyiblər ki, başçı yerində yoxdur. Lakin bir qədər sonra başçı onunla görüşüb. “Başçı əvvəl mənə dedi ki, qələt edib sənə əl qaldırıb, mən onun cəzasını verəcəm. Lakin daha sonra söhbəti fırlayıb mənimlə bağlı köhnə incikliklərini yada salmağa başladı. Gördüm bu tədbir görən deyil, ordan çıxıb prokurorluğa getdim. Şikayət ərizəmi yazıb, tibbi ekspertdən keçdim. İndi prokurorluqda araşdırma gedir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar