Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bacısını döydüyü üçün yeznəsinin başını şiferlə kəsdi - Azərbaycanda

Tarix: 23-03-2018 14:35     Baxış: 3477 A- / A+
Bacısını döydüyü üçün yeznəsinin başını şiferlə kəsdi - Azərbaycanda

Qobustan rayonunda ailə münaqişəsi qanla nəticələnib.

Manevr.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Sədəf kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Ziya Əmirov ailə münaqişəsi zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Əmirova Hüsniyə Qalib qızını döyüb. Hüsniyə Əmirova əsəbiləşərək evdə olan bir neçə dərman preparatını içib və zəhərlənib. Halı pisləşən qadın təcili yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
H. Əmirovanın qardaşı bacısının döyülməsinə və özünü zəhərləməsinə görə yeznəsi Ziya Əmirovla mübahisə edib və şiferlə onun başına ağır xəsarət yetirib. Z. Əmirov başın təpə nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar