Xəbər lenti
Aqil Abbasın Ağdamda ev davası: Spikerdən sərt reaksiya
Milli Məclisdə ev mübahisəsi: Aqil Abbasın iddialarına spikerdən sərt reaksiya gəldi

Milli Məclisin növbəti iclasında deputat Aqil Abbas məcburi köçkün statusuna və Ağdamda mənzil bölgüsü qaydalarına yenidən baxılmasını tələb edib.
Manevr.az xəbər verir ki, deputat hazırda Ağdamda böyük şəhər salınsa da, qeydiyyat və status məsələlərinə görə minlərlə ağdamlının ev təminatından kənarda qaldığını bildirib.
Onun sözlərinə görə, başqa rayon sakini ilə ailə quran, yaxud iş səbəbindən qeydiyyatı dəyişən şəxslər köçkün statusunu itirirlər:
"Təxminən 10 min ağdamlının rəsmi qeydiyyatı yoxdur. Məsələn, atamın Ağdamda 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaş olaraq heç birimizə ev düşmür. Mən 1970-ci ildən Bakıda yaşadığıma görə məcburi köçkün statusum yoxdur. Niyə atamın mülkünün yerində tikilən evdən mənə verilməməlidir və gedib öz puluma ev almalıyam? Analoji vəziyyət digər həmkarlarımızda və mənə müraciət edən yüzlərlə sakində də mövcuddur."
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın iddiasına sərt reaksiya verərək, dövlət tərəfindən aparılan genişqiyaslı quruculuq işlərinə kölgə salındığını qeyd edib:
"Bu qədər böyük işlər görüldüyü halda niyə bunlara ləkə vurursunuz? Ağdama ağdamlılar köçməsə, bəs kim köçəcək? Başqa ölkədən adam gətirib məskunlaşdırırlar? Siz əvvəllər də bu məsələni qaldırmışdınız və onda da soruşmuşdum: ağdamlılara yer verilmir də, bəs kimə verilir?"
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar