Xəbər lenti
"Dilin azadlıq yolunda qısaldı, boyun gödəldi sənin" - Elçibəyə şeir

Əbülfəz Elçibəyin Portreti
İnqilab soyuğu doğrayır burnunun ucunu,
bir şərfə bürünmüş boylanan şəkilsən,
çınqıl daşlarını yuyub gözündən.
Səni ocaq gözündən salmaq istədilər,
hər tapdalanmış gölməçədə
qanlı yağış dedilər adına.
Mağmın dilindən tutub
Tanrıya uzatdılar sözünü,
bir masanın üstünə
şər yaxdılar.
Sən ağac olmaq istəyirdin
bir yarpağın üzünə,
sən sərin meh olmaq istəyirdin
axşamüstü leylanın saçlarında,
körpə bir sevgi diş çıxaran vaxtı.
Ovuclarında bir çiçək şəkli qubar bağladı,
boylandı sabahdan gələn sabaha.
Sən sudan duru gözlərdə parlayanda,
parlaq güzgülərə baxmağı öyrəndi hər günah.
Nə bir kürsüyə bağlandın,
nə bir daş-qaşa.
Dilin azadlıq yolunda qısaldı,
boyun gödəldi sənin.
Yüz cəllad üzü çəkdilər
bir kəpənək boyuna.
İndi daşlaşmış şəklində
çiyinlərimizin itirdiyi
bir sabahın soyuq şərfi
dolayır boyunu.
Cavid Fərzəli
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































