Xəbər lenti
Həmkar təbriki: Ünvanımıza gələnlər - Rövşən Hüseynli yazır - FOTO

"Manevr.az"-a növbəti təbrik dəyərli həmkarlarımızdan - "Subyekt.az" kollektivindən gəlib. Həmin məktubu təqdim edirik:
"Bu gün ölkənin informasiya məkanında özünəməxsus yeri və dəst-xətti ilə seçilən Manevr.az xəbər portalının fəaliyyətə başlamasının 10 illik yubileyidir.
Bu əlamətdar gün münasibətilə portalın təsisçisi və rəhbəri Namiq Dəlidağlı başda olmaqla bütün yaradıcı kollektivi Subyekt.az xəbər portalının kollektivi adından səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları, tükənməz enerji və peşə fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayırıq.
Ötən on il ərzində Manevr.az operativlik, obyektivlik, peşəkarlıq və milli maraqlara sadiqlik prinsiplərini əsas tutaraq Azərbaycan mediasında özünə layiqli yer qazanmış, cəmiyyətin etibarlı informasiya mənbələrindən birinə çevrilmişdir. Portalın milli jurnalistikanın inkişafına verdiyi töhfələr, ictimai əhəmiyyət kəsb edən mövzuların yüksək peşəkarlıqla işıqlandırılması və sağlam media mühitinin formalaşmasına xidmət edən fəaliyyəti xüsusi təqdirə layiqdir.
İnanırıq ki, Manevr.az bundan sonra da Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərin təbliğinə və peşəkar jurnalistikanın inkişafına xidmət edən şərəfli missiyasını uğurla davam etdirəcək, yeni zirvələr fəth edəcəkdir.
10 illik yubileyiniz mübarək! Sizə və kollektivinizə davamlı uğurlar, möhkəm cansağlığı, firavanlıq və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq".
Rövşən Hüseynli
Subyekt.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































