Xəbər lenti
Milli Məclisin komitə sədri "Manevr.az"-a təbrik məktubu ünvanlayıb - FOTO
Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Manevr.az-ın 10 illik yubileyi münasibətilə saytın qurucusu Namiq Dəlidağlıya və redaksiya kollektivinə təbrik məktubu ünvanlayıb.Məktubda Manevr.az-ın 10 il ərzində peşəkarlıq və ictimai məsuliyyət prinsiplərinə əsaslanan fəaliyyəti, oxucuların etimadını qazanması, milli maraqların, dövlətçilik dəyərlərinin və vətəndaş cəmiyyətinin inkişafına xidmət edən media orqanı kimi fəaliyyəti yüksək dəyərləndirilir, bu uğurlarda redaksiya kollektivinin peşəkar əməyinin xüsusi rolu qeyd olunur, gələcək fəaliyyətində yeni nailiyyətlərə inam ifadə edilir.
Təbrik məktubunda deyilir:
"Hərmətli Namiq müəllim,
Sizi Manevr.az informasiya portalının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə ürəkdən təbrik edir, yaradıcı kollektivin hər bir üzvünə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və yeni peşə uğurları arzulayıram!
2016-cı il avqustun 1-dən etibarən fəaliyyət göstərən Manevr.az ötən on il boyunca ictimai məsuliyyət və peşəkarlıq prinsiplərinə söykənən fəaliyyəti ilə oxucuların güvənini qazanmışdır. İctimai hadisələrin doğru-düzgün işıqlandırılması ilə yanaşı, ölkəmizin sosial, mədəni, elm, təhsil və digər sahələrinə dair materialların davamlı dərc olunması portalın çoxşaxəli fəaliyyətinin göstəricisidir. Çağdaş informasiya cəmiyyətində medianın missiyasının təkcə xəbəri çatdırmaq olmadığı bəllidir; həm də cəmiyyətdə sağlam ictimai rəyin formalaşmasına, milli həmrəyliyin güclənməsinə, vətəndaş məsuliyyətinin inkişafına və dövlət maraqlarının qorunmasına xidmət etməkdir. Bu baxımdan, Manevr.az öz fəaliyyətində milli maraqları, azərbaycançılıq ideyasını, milli-mənəvi dəyərlərimizi və dövlətçilik prinsiplərini əsas tutaraq məsuliyyətli media örnəyi kimi çıxış edir.
Vətəndaş cəmiyyəti institutlarının çalışması, ictimai birliklərin təşəbbüsləri, sosial həmrəylik, milli-mənəvi irsin qorunması, şəhidlərimizin xatirəsinin yaşadılması, ailə institutunun möhkəmləndirilməsi, gənclərin milli ruhda tərbiyəsi və cəmiyyət üçün önəm daşıyan digər mövzuların ardıcıl işıqlandırılması portalın ictimai missiyasının mühüm istiqamətlərindəndir.
Türk dünyasında baş verən proseslərə həssas münasibət, ortaq tarixə, dilə və mədəniyyətə dair materialların işıqlandırılması, qardaş xalqlar arasında mənəvi bağların möhkəmlənməsinə göstərilən diqqət də Manevr.az-ın fəaliyyətinə əlavə dəyər qazandırır. Bu yanaşma həm informasiya alış-verişinin, həm də ortaq dəyərlərin, qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.
Azərbaycan Mətbuat Şurasının üzvü kimi fəaliyyət göstərən portalın peşə etikası prinsiplərinə sadiqliyi, obyektiv və məsuliyyətli jurnalistika ənənələrini yaşatmaq yönündə çalışmaları təqdirəlayiqdir. Redaksiya heyətinin və qələm adamlarının birgə əməyi nəticəsində formalaşan bu media platformasının gələcəkdə də milli mətbuatımızın inkişafına töhfələr verəcəyinə inanıram. "Manevr.az"ın 10 illik yubileyi münasibətilə sizi, kollektivinizi bir daha təbrik edir, yeni yaradıcılıq uğurları, geniş oxucu auditoriyası diləyirəm!"
Hörmətlə,
Komitə sədri: Fazil MUSTAFA

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























