Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
BÜTÜN XƏBƏRLƏR

İllərin qazancı: oxucu etimadı – "Manevr.az" – 10...

Tarix: 01-08-2026 09:10     Baxış: 3217 A- / A+
 On ildir fasiləsiz yol gəlirik. Bu illər ərzində əsas amalımız obyektiv olmağa, fakta söykənməyə, müstəqil fikir söyləməyə, cəmiyyət üçün maraqlı və əhəmiyyətli mövzuları işıqlandırmağa, oxucularımıza operativ, dəqiq və etibarlı informasiya çatdırmağa çalışmaq olub. Media fəaliyyətimizin hər mərhələsində peşəkar jurnalistikanın prinsiplərinə – dəqiqlik, qərəzsizlik, vicdanlı yanaşma və söz məsuliyyətinə sadiq qalmağa çalışmışıq. Çünki inanmışıq ki, etimad qazanmaq üçün ilk növbədə gerçəyə söykənmək gərəkdi...

  İlk addımlarımızı atanda ən böyük arzularımızdan biri işğalda olan yurd yerlərimizin azad olunması xəbərini manşetə çıxarmaq idi. O günü görmək, o müjdəni oxucularımızla bölüşmək bizə də nəsib oldu. Bu, təkcə jurnalist diləyi deyildi, həm də hər bir azərbaycanlının qəlbində yaşatdığı müqəddəs arzunun gerçəyə çevrilməsi idi. Vaxt yetişdi, o tarixi günlərin sevincini, qürurunu oxucularımızla birlikdə yaşadıq.
Bu on il ərzində qapımızı döyən heç kəsi əliboş qaytarmadıq. Bizə üz tutan, yazılarının yayımlanmasını istəyən müəlliflərə üz turşutmadıq, müxtəlif bəhanələr gətirmədik. Tanınmış müəlliflə yanaşı, ilk qələmini sınayan gəncə də eyni diqqətlə yanaşdıq. Ədəbiyyata, publisistikaya, yaradıcılığa həvəsi olan insanların sözünü oxucuya çatdırmağı özümüzə mənəvi borc bildik. Bacardığımız qədər hər kəsə diqqət göstərdik, hər müraciətə həssas yanaşdıq. Çünki inandıq ki, medianın gücü yalnız xəbərlərində deyil, həm də insanlara münasibətində ölçülür.

  Eyni zamanda, media məkanında sərhədləri aşmağa çalışdıq. Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan və digər türk dünyası ölkələrindən olan həmkarlarımızın yazılarını, müsahibələrini və bədii yaradıcılıq nümunələrini mütəmadi olaraq yayımladıq. Bununla həm ortaq ədəbi-mədəni dəyərlərimizin təbliğinə töhfə verməyə, həm də söz körpülərini daha da möhkəmləndirməyə çalışdıq.
Manevr.az üçün media heç vaxt yalnız xəbər istehsal edən bir platforma olmayıb. Biz sözü dəyər, qələmi məsuliyyət, oxucunu isə ən böyük sərvət hesab etmişik. Milli maraqları, dövlətçiliyi, cəmiyyətin mənəvi dəyərlərini hər zaman uca tutmağa, eyni zamanda müxtəlif baxışlara hörmətlə yanaşmağa çalışmışıq. Çünki sağlam media cəmiyyətin aynası olmaqla yanaşı, onun inkişafına xidmət edən ən mühüm institutlardan biridir.
 Müstəqil Azərbaycan mediası sırasında ayaq tutub yerimək nə xoş... Bu yolda çətinliklər də oldu, sevincimiz də. Bəzən zamanın sınaqlarından keçdik, bəzən məsuliyyətimiz daha da artdı. Amma heç vaxt yolumuzdan dönmədik. Çünki bizi irəli aparan ən böyük qüvvə oxucularımızın etimadı və sözə olan inamımız idi.
    On il fasiləsiz bir işə davam etmək, deməli, layihənin baş tutması, hədəfə doğru inamla irəliləməsi (irəliləmək) deməkdir. Bu gün çevrilib arxaya baxanda sevinirik ki, çəkdiyimiz əziyyət hədər getməyib. Qarşıda isə yeni hədəflər, yeni layihələr var. Manevr.az bundan sonra da müstəqil sözün, operativ xəbərin, obyektiv mövqenin və peşəkar medianın prinsiplərinə sadiq qalaraq oxucularına xidmət etməyə davam edəcək.
On il bizim üçün sadəcə zaman ölçüsü deyil. Bu, etimadın, zəhmətin, sözə sədaqətin və oxucu ilə qurulan möhkəm bağın tarixidir. Bizi bu yolda izləyən, dəstəkləyən, tənqid edən, yazıları ilə, fikirləri ilə yanımızda olan hər kəsə sonsuz təşəkkür edirik. İnanırıq ki, qarşıdakı illərdə də birlikdə yeni uğurlara imza atacaq, sözün və həqiqətin keşiyində dayanmağa davam edəcəyik.

Oxucularımıza sayğıyla;
"Manevr.az" ailəsi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar