Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Söz ruhuna köklənən ömür: Sevinc Qərib – 50

Tarix: 12-07-2026 00:01     Baxış: 2771 A- / A+
Bu gün şair Sevinc Qəribin 50 illik yubileyidir

   Ömrünün yarıməsrlik mərhələsinə qədəm qoyan Sevinc xanım həm özünəməxsus poetik dünyası, həm də səmimi qələmi ilə oxucuların və ədəbi mühitin rəğbətini qazanmış, sözün çəkisini bilən imzalardandır.
   
Sevinc Qərib 12 iyul 1976-cı ildə Laçın şəhərində anadan olub. İlk təhsilinə doğma rayonda başlasa da, 1992-ci ildə Laçının işğalından sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşıb və təhsilini burada tamamlayıb. Texniki təhsilli olmasına baxmayaraq, hələ orta məktəb illərindən qəlbində baş qaldıran bədii yaradıcılıq həvəsi onun taleyini poeziyaya bağlayıb. Yeniyetmə yaşlarından çəkdiyi yurd ağrı-acısı onun yaradıcılığının əsas xəttinə, ilham mənbəyinə çevrilib. Məcburi köçkünlük həyatı yaradıcılıq yönünü dəyişsə də, xarakterindəki əzm, söz sevdası onu yolundan dönməyə qoymayıb. Əksinə, çətinliklərə boyun əymədən sözünün işığından tutub yazıb-yaratmaq eşqilə güclənib.
Mütəmadi olaraq dövri mətbuatda bədii yazıları və müxtəlif mövzularda məqalələri ilə çıxış edən Sevinc Qərib oxuculara 2017-ci ildə “Hardasa o uzaqlarda...”, 2021-ci ildə isə “Ovcun əllərimin isti yuvası...” adlı iki şeir kitabı bəxş edib.

   
   Onun fərqli üslubu və yaradıcılığı təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də maraqla qarşılanıb. Şeirləri Türkiyə türkcəsinə uyğunlaşdırılaraq “Baküden Fethiyeye Gönül Körpüsü” antologiyasında, özbək dilinə çevrilərək Bişkekdə nəşr olunan “Müasir Azərbaycan poeziyası” kitabında yer alıb. Eyni zamanda Türkiyə mətbuatında və Cənubi Azərbaycanda fəaliyyət göstərən “Ədəbi Körpü” dərgisində dəfələrlə çap olunub. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Sevinc xanım, həmçinin Prezident təqaüdünə layiq görülüb.
Sevinc Qəribin ədəbi nümunələri - “Ulduz”, “Ədəbi ovqat”, “Xəzan” dərgilərində, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Ədalət”, “Türküstan”, “Azad Azərbaycan” kimi mətbuat orqanlarında dərc olunur.
  Hazırda “Dəlidağ” Ədəbi Birliyinin sədr müavini və eyniadlı saytın ədəbiyyat şöbəsinin redaktoru kimi fəaliyyət göstərir. Bununla yanaşı, uzun müddətdir ki, “Manevr.az” portalında baş redaktor müavini vəzifəsini icra edir, saytımızın ədəbiyyat və mədəniyyət xəttinin formalaşmasında, poetik layihələrin işıq üzü görməsində yaxından iştirak edir.

   Əziz Sevinc xanım, Manevr.az ailəsi olaraq sizi 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik! Siz redaksiyamızın fəaliyyətində yaxından iştirak etsəniz də, bizim üçün həm də səmimi dost və fərqli üslubu olan bir şairsiniz. Sizə cansağlığı, tükənməz yaradıcılıq enerjisi və doğma Laçınımızın, Dəlidağın havası qədər saf, gözəl bir ömür arzulayırıq. Yolunuz hər zaman uğurlu, 50 illik yaşınız mübarək olsun!

Komandamız adından sayğıyla;
         Nigar Nəriman
         Manevr.az

       


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar