Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür - FOTO

Tarix: 31-03-2026 17:51     Baxış: 3114 A- / A+


Kəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür - FOTO
Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı Kəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür.
Manevr.az xəbər verir ki, 1993-cü il martın 31-də Kəlbəcər-Laçın tunelində qırğın Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolunu ələ keçirmək, Kəlbəcəri mühasirədə saxlamaq məqsədilə törədilib. Qadınlar, yaşlılar, uşaqlar da daxil olmaqla, ümumilikdə 52 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb.
Kəlbəcər rayonunun işğalı zamanı dinc sakinlər yeganə çıxış yolu olan tunel istiqamətində hərəkət ediblər. Lakin erməni hərbçiləri tunelin hər iki tərəfini nəzarətə götürərək, silahsız insanları pusquya salıblar.
Hadisənin canlı şahidi, Kəlbəcər rayonunun Günəşli kənd sakini Qoşqar Quluyev deyib ki, martın 31-də kəndlərini məcburən tərk ediblər: "Tuneli keçdikdən sonra dağın döşündən bizi atəşə tutmağa başladılar. Qadınların, uşaqların qışqırtısından qulaq tutulurdu. Bizim olduğumuz maşında 5 nəfər yerindəcə öldü. Qarşıda gedən "Kamaz"ı qumbaraatanla vurdular, orada 20-dən çox adam həlak oldu”.
Şahidlərin bildirdiyinə görə, 12 yaşlı Ramin Hüseynov atəş altından qaçaraq özünü çaya atıb və çayboyu geri qayıdaraq digər maşınların pusquya düşməsinin qarşısını alıb.
Digər şahid Bəxtiyar Quluyev isə ailəlikcə yaşadıqları faciə, itkin bacısı barədə danışıb: “Bizim ailəmizin 8 üzvünün hamısı yaralanmışdıq. Qardaşım İslam aldığı yaradan dünyasını dəyişdi. Ermənilər onu Heyvalıda basdırdı. Yeri naməlumdur. 11 yaşlı bacım Şahnaz isə gülləbaran edilən maşında qalmışdı. Ondan indiyə qədər heç bir xəbər yoxdur.”
Tunel yaxınlığında sağ qalanlar və yaralılar erməni hərbçiləri tərəfindən əsir götürülərək Xankəndiyə, oradan isə Şuşa həbsxanasına aparılıblar. Şahidlər bildiriblər ki, yaraları sağalmamış hər gün ağır işgəncələrə və təhqirlərə məruz qalıblar. Qoşqar Quluyev 6 ay, Bəxtiyar Quluyev isə 7 ay davam edən əsirlikdən sonra azad ediliblər.
44 günlük Vətən müharibəsi, Kəlbəcərin işğaldan azad edilməsi ilə faciə qurbanlarının qisası alınıb. Bu gün Azərbaycan dövləti Kəlbəcərdə sürətli bərpa işləri apararaq dinc sakinlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışını təmin edir. Lakin 31 mart "tunel faciəsi" və itkin düşən Şahnaz kimi yüzlərlə insanın taleyi yaddaşlarda silinməz yara kimi qalacaq.

Kəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür - FOTOKəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür - FOTOKəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür - FOTOKəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür - FOTOKəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür - FOTOKəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür - FOTOKəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür - FOTOKəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür - FOTOKəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür - FOTO

Elgün Gəncimsoy


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar