Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Namiq Dəlidağlının Qırğızıstanda şeirlər kitabı nəşr edilib - FOTO

Tarix: 31-03-2026 09:25     Baxış: 3210 A- / A+
 Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Namiq Dəlidağlının Qırğızıstanda qırğız dilində “Men ubakıttan utuldum” (“Mən zamana uduzdum”) adlı şeirlər kitabı nəşr olunub.
   Qırğızıstan Yazıçılar Birliyi Oş vilayəti bölməsinin tövsiyəsi və həmin bölmənin rəhbəri, Oş Dövlət Universitetinin müəllimi Bermet Zakirovanın rəyi əsasında nəşr edilən bu kitab, eyni zamanda iki qardaş xalq arasında qurulan ədəbi körpülərin möhkəmləndiyini göstərən, sözün sərhəd tanımadığını sübut edən mənəvi bir görüş, qələm adamlarının ədəbiyyata və ulu sözə olan ehtiramının təzahürüdür. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Muqimcon Nurboyevdir. Şeirləri qırğız türkcəsinə Aykın Mamatova uyğunlaşdırıb.
  
   Qeyd edək ki, Namiq Dəlidağlının indiyədək “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, “Əllidə ələnənlər”, “Sevgi sukunti” (“Sevgi sükutu”) (Özbəkistan) adlı şeir kitabları, Şuşa fatehlərindən olan şəhid Sahib Musayevin qəhrəmanlığından bəhs edən “Bitməyən ömrün yarımçıq gündəliyi” publisistik toplusu, eləcə də “Namiq Dəlidağlı – Sözdə görünən adam” portret cizgiləri kitabı işıq üzü görüb. O, həmçinin dörd publisistik toplunun həmmüəllifidir.
    
Namiq Dəlidağlı eyni zamanda bir çox kitabın redaktoru, tərtibçisi və ön söz müəllifidir. Onun şeir və məqalələri ABŞ, Cənubi Koreya, Türkiyə, Pakistan, Orta Asiya, eləcə də bir sıra Avropa ölkələrinin mətbuatında ardıcıl dərc olunur. Şeirləri həm Azərbaycanda, həm də xaricdə nəşr edilən müxtəlif ədəbi toplularda yer alıb.
“Men ubakıttan utuldum” şeirlər toplusu müəllifin ölkə xaricində nəşr olunan sayca ikinci kitabıdır.

Nigar Nəriman  
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar