Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

“Namiq Dəlidağlı-Sözdə görünən adam”ın yaradıcılığına səyahət - Mənsurə Xələfbəyli yazır

Tarix: 24-03-2026 18:24     Baxış: 3365 A- / A+
                      Mənsurə Xələfbəyli
                       yazıçı- publisist

   
Bəzən həyatın axarı bizi ən doğma anlardan uzaq salır. Qələm dostumun kitab təqdimatında iştirak edə bilmədim və bu, məni məyus etdi. Ona görə də hazırladığım kiçik çıxışı yazıya çevirərək şairin poeziyasına və yaradıcı ruhuna hörmətimi ifadə etmək istədim.
Şairlər danışa bilmədiklərini sözə etibar edirlər. Duyğular, yaşanmış ağrılar və gizli sevinclər sətirlərə köçür, orada nəfəs alır və zamanın fövqündə öz yolunu tapır. Şair ömrü, sözə sığınaraq varlığını qoruyan və həyat təcrübəsini misralarda yaşadan həqiqətdir.
“Namiq Dəlidağlı-Sözdə görünən adam” - kitabın adı elə ilk baxışdan oxucunu düşünməyə və kitabın ruhunu anlamağa dəvət edir. Vərəqlədikcə Namiq Dəlidağlının həyat və yaradıcılığına doğru səyahət başlayır. Hər səhifə onu daha yaxından tanımağa, illərin dostunu sanki yenidən kəşf etməyə imkan verir. Bu tanışlıq yalnız maraq oyatmır, həm də mənəvi yaxınlıq hissi yaradır.

Kitabın səhifələrində şairin sözlə görünən dünyası açılır; duyğuları, düşüncələri və həyat yolu oxucuya səmimi şəkildə təqdim olunur. Qələm dostlarının məqalələri isə Namiq Dəlidağlının yaradıcılığına verilən dəyərin və hörmətin göstəricisidir. Müxtəlif baxışlar olsa da, onları birləşdirən əsas həqiqət şairin sözə olan sədaqətidir.
   Mənim də kitabda kiçik payım var. Namiq Dəlidağlının şeirlərindən ilham alaraq, yaradıcılıq dünyasına səyahət etməyə çalışdım. Misraların arxasında gizlənən ağrını, sevgini və ümid işığını duymağa və oxucuya çatdırmağa cəhd etdim. Kitabda yer alan müsahibələr isə müəllifin həyatına açılan başqa  pəncərədir; burada onun düşüncələri və dünyagörüşü səmimi şəkildə təqdim olunur.

Kitabı oxuyarkən həm kövrəldim, həm də qürur duydum. Hər səhifədə şairin nəfəsini və ruhunu hiss etdim. Kitab hələ nəşrə getməmiş oxumaq şansım oldu ki, bu da mənim üçün yalnız oxucu olmaq deyil, həm də etimada layiq görülmək demək idi.
“Namiq Dəlidağlı-Sözdə görünən adam””ı oxumaq, yalnız  şairi tanımaq deyil, həm də Namiq Dəlidağlının ömrünə, duyğularına və sözlə qurduğu dünyaya şahidlik etməkdir. Onun poeziyası hər misrada oxucunu düşündürür, ruhunu sarsıdır və duyğulara toxunur. Kitab oxucunu yalnız şairin dünyasına aparmır, həm də sözün və hissin əbədi səyahətinə dəvət edir.
   Uğurların daim olsun, qardaşım. Yaz, yarat və tarixdə əbədi iz qoy. Sözün gələcək nəsillərə ilham versin. Cəsarətin və zəhmətin insanlara yol göstərsin. Çünki şair sözü ürəyin dili, ruhun qanadıdır; o həm insanı oyadar, həm də millətin gələcəyinə işıq salar.


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar