Xəbər lenti
"Jiquli" sürməklə bağlı qadağa qoyuldu — AÇIQLAMA
Özbəkistanda SSRİ dövründən qalan və xalq arasında "Jiquli" kimi tanınan köhnə avtomobillərin taleyi ilə bağlı yeni qərarlar qüvvəyə minib. Ölkə hökuməti həm ekoloji vəziyyəti yaxşılaşdırmaq, həm də yol təhlükəsizliyini təmin etmək məqsədilə radikal addımlar atmağa başlayıb. Özbəkistan Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı il fevralın 1-dən etibarən istehsal tarixi 50 il və daha çox olan nəqliyyat vasitələrinin istismarı və yenidən qeydiyyatı rəsmən qadağan edilib. Bu qərar faktiki olaraq 1976-cı ilə qədər istehsal olunmuş bütün "Jiquli", "Moskviç" və digər sovet markalı maşınların yollardan yığışdırılması deməkdir.Bəs Azərbaycanda Sovet maşınlarına qadağa qoyula bilər?
Nəqliyyt eksperti Eldəniz Cəfərov bildirib ki, Özbəkistan Mərkəzi Asiyada avtomobil sənayesinin inkişaf etdiyi ölkələrdən biridir və ildə 400 mindən çox nəqliyyat vasitəsi istehsal olunur:
"Onların öz istehsalı var və avtomobil çeşidi kifayət qədər genişdir. Özbəkistanda maşın almaq asan, ucuz və rahatdır. Söhbət yeni avtomobil almaqdan gedir. Buna görə də onlar bu qərarı veriblər. Azərbaycanla müqayisə etmək düzgün deyil. Bu, tamamilə texniki məsələdir".
O bildirib ki, Azərbaycanda utilizasiya proqramı mövcuddur və könüllüdür:
"Utilizasiya prosesi hazırda davam edir. Proqramın əsas məqsədlərindən biri ölkənin avtomobil parkını yeniləməkdir. Eyni zamanda ekoloji vəziyyəti yaxşılaşdırmaqdır. Məlumdur ki, köhnə və yararsız avtomobillər uzun müddət istifadə olunmadıqda, onların içində qalan yağ, yanacaq və digər mayelər torpağa hopur. Bu maddələrin hətta içməli suya qarışma ehtimalı da var".
Ekspert deyib ki, məqsəd ölkə üzrə istifadəsiz qalan köhnə avtomobillərin toplanaraq utilizasiyaya verilməsidir.
"Bu, vətəndaş üçün sosial dəstək kimi də qiymətləndirilə bilər. Vətəndaş istismardan çıxmış avtomobili dövlətə təhvil verərək 1500 manat məbləğində vauçer alır. Həmin vauçerdən yeni avtomobil alarkən istifadə edə bilər. Əgər avtomobil almırsa, vauçerin 75 faizini nağd pula çevirə bilər".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































