Xəbər lenti
Ağa Musa Nağıyevin pulları Azərbaycana gətiriləcəkmi?

Milyonçu xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi, tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva bildirib ki, babasına məxsus İsveçrə və Britaniya banklarındakı vəsaitin Azərbaycana qaytarılması mümkün olarsa, həmin pulların bir hissəsi hesabına bina tikdirəcək.
Manevr.az xəbər verir ki, o, bu barədə APA-ya müsahibəsində danışıb.
Dilarə Nağıyeva qeyd edib ki, bu istiqamətdə illərdir müxtəlif şəxslər və qurumlar vasitəsilə cəhdlər edilsə də, nəticə əldə olunmayıb. Onun sözlərinə görə, vəsait geri qaytarılarsa, ona düşən paydan iki bina tikdirərək Ağa Musa Nağıyevin yarımçıq qalmış xeyriyyəçilik arzusunu davam etdirmək niyyətindədir.

"Ağa Musa Nağıyevin İsveçrə və Britaniya banklarında olan vəsaitinin geri qaytarılması ilə bağlı dəfələrlə müəyyən faiz müqabilində kömək etmək istəyən insanlar olub. Onların hamısı mənimlə müqavilə bağlayıb. Amma həmin insanlar nəticə əldə edə bilməyiblər. Demişəm ki, pullar Azərbaycana gətirilərsə, mənə çatan faizdən iki bina tikdirəcəyəm. Ağa Musa Nağıyevin 100 bina tikmək arzusunu həyata keçirmiş olacağam"
Nağıyeva həmçinin vurğulayıb ki, İsveçrə banklarından gələn vəsaitlə bağlı arxiv sənədləri mövcuddur və ailə bu məsələnin dövlət səviyyəsində həllini dəfələrlə xahiş edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































