Sizin Reklam Burada
Xəbər lenti
26-10-2026
BÜTÜN XƏBƏRLƏR

Tovuzda Vətən müharibəsi qazisi öldürüldü

Tarix: 27-10-2026 13:52     Baxış: 450 A- / A+
Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.
Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir ki, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış.
N.Qurbanov hadisə günü müharibədə şəhid olmuş döyüş yoldaşının anım tədbirində iştirak etmək üçün Tovuza gedib.
Tədbirdən sonra Tovuzun Xəqani küçəsində bir qrup şəxs arasında münaqişə yaranıb. Nəticədə Ü.Abdullayev və Nizami Qurbanov bıçaq xəsarətləri alıb. Nizaminin həyatını xilas etmək mümkün olmayıb.
Qətli törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Ağdam sakini Elnur Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Nizami Qurbanovla əvvəldən tanış olmadığı bildirilir.
N.Qurbanov ailənin tək oğul övladı olub.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar