Xəbər lenti
DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
Bu barədə NDTV məlumat yayıb.
Cinayət sentyabrın 9-na keçən gecə törədilib. 28 yaşlı Naqma yatarkən əri Pərviz ona bıçaqla hücum edib və başını kəsib. Əməldən sonra kişi özü polis bölməsinə gələrək qətl törətdiyini etiraf edib. Gələn asayiş keşikçiləri meyiti götürərək məhkəmə-tibbi ekspertizasına göndəriblər.
İstintaq məlumatına görə, cütlük təxminən 12 il bir yerdə yaşayıb. Bu yaxınlarda Pərviz ailə əmlakının bölünməsindən sonra valideynlərinin evini satıb və arvadı ilə birlikdə Hardoidə mənzil kirayələyib. Kişi mütəmadi olaraq Naqmanı başqa kişi ilə əlaqədə olmaqda günahlandırıb və onu telefon danışıqlarına görə qınayıb, buna görə də ailədə müntəzəm olaraq mübahisələr düşüb.
Son həftə ərzində həyat yoldaşı Naqmanı amansızlıqla döyüb. Bacısının dediyinə görə, Pərviz dəfələrlə arvadının boğazını kəsəcəyi ilə hədələyib. Naqmanın anası da təhdidlərin bir neçə gün ərzində səsləndiyini və Pərvizin anası ilə üç bacısının da bunlara qoşulduğunu bildirib.
Şübhəlinin bacısı və qaynı hücum zamanı qonşu otaqda yatırdılar və müdaxilə edə bilərdilər.
Polis bildirib ki, hadisə yerində qanlı bir köynək də tapılıb. publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























