Xəbər lenti
Rusiyada 12 yaşlı oğlanın qətlində ŞOK DETALLAR: Cinayət əvvəlcədən planlaşdırılıbmış
Moskva vilayətinin Kabanovo kəndində 12 yaşlı oğlanın amansızlıqla öldürülməsinə görə həbs edilən qızlardan birinin heyvanlara işgəncə verdiyi və bıçaqla videolar çəkdiyi məlum olub.Bu barədə onun keçmiş sinif yoldaşına istinadən məlumat yayıb.
Qız sosial şəbəkələrdə bir neçə səhifə idarə edib və internetdəki fəaliyyətini qohumlarından gizlədib. Keçmiş sinif yoldaşlarının sözlərinə görə, onlar qızın özünə zərər verməyə meyilli olduğunu seziblər və onun spirtli içki qəbul etdiyini biliblər. O həmçinin oyuncaqların içini yarıb çıxardığı videolar yayımlayıb.
Qızın sinif yoldaşı bildirib ki, o, qandallanaraq aparılarkən üzündə qorxu və ya günahkarlıq hiss olunmayıb. Sinif yoldaşı onun mimikasından yalnız məmnunluq hiss etdiyini müşahidə edib.
Hadisə Orexovo-Zuyevoda baş verib. Oğlan avqustun 26-da itkin düşüb, ertəsi gün isə meyiti tərk edilmiş binada aşkarlanıb. Onun döş qəfəsinə, qarnına və bədəninin digər nahiyələrinə iti alətlə ciddi xəsarətlər yetirilib.
Qəddar qətldə ittiham olunan iki yetkinlik yaşına çatmayan qız həbs edilib. Onlardan biri təqsirini etiraf edib. Onun atası qızının motivlərindən xəbərdar olduğunu, lakin bunları açıqlamayacağını bildirib. İstintaq hesab edir ki, qızlar qətli avqustun 20-dən planlaşdırıblar və yeni hücumlara da hazırlaşa bilərdilər. Onlar qurbanı pivə içmək bəhanəsi ilə tərk edilmiş binaya apararaq öldürüblər. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























