Sizin Reklam Burada
Xəbər lenti
13-07-2026
12-07-2026
BÜTÜN XƏBƏRLƏR

Anasını 132 bıçaq zərbəsi ilə öldürdü

Tarix: 15-06-2026 22:48     Baxış: 393 A- / A+
Krımda 31 yaşlı yerli sakin yaşlı anasını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunur.

Təqsirləndirilən şəxs günahını etiraf edib. Cinayət işi üzrə bütün materiallar baxılması üçün Krım Respublikasının Ali Məhkəməsinə göndəriləcək.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə yanvarın 30-da Simferopol rayonunun Trudovoye kəndində, Şosse küçəsində yerləşən mənzildə baş verib. İstintaqın versiyasına əsasən, təqsirləndirilən şəxs 71 yaşlı anası ilə mübahisə edib.

Münaqişə zamanı o, əvvəlcə qadının üz nahiyəsinə zərbə endirib. Daha sonra servantdakı qatlanan bıçağı götürərək anasına azı 132 bıçaq zərbəsi vurub.

Aldığı ağır xəsarətlər nəticəsində qadının həyatını xilas etmək mümkün olmayıb. Məhkəmə-tibbi ekspertizası zamanı mərhumun baş, boyun, döş qəfəsi və qarın nahiyəsində, eləcə də sağ yuxarı ətrafında dərialtı toxumaların və yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan çoxsaylı xəsarətlər aşkar edilib.

Hazırda cinayət işi üzrə məhkəmə baxışına hazırlıq işləri davam etdirilir. Təqsirləndirilən şəxsi uzunmüddətli azadlıqdan məhrumetmə cəzası gözləyir. lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar