Sizin Reklam Burada
Xəbər lenti
02-06-2026
01-06-2026
BÜTÜN XƏBƏRLƏR

Süni intellekt 27 il əvvəlki qətli açdı

Tarix: 13-05-2026 10:51     Baxış: 4135 A- / A+



Rusiya İstintaq Komitəsi Moskvada 1990-cı illərin sonunda törədilmiş rezonanslı qətlin süni intellekt texnologiyası sayəsində açıldığını bildirib.
Manevr.az xəbər verir ki, məlumata görə, keçmiş rayon prokuroru Vitali Tixomirov və həyat yoldaşı Viktoriya Tixomirovanın qətli 1998-ci ilin dekabrında baş verib. Cütlüyün qızı valideynləri ilə əlaqə saxlaya bilmədikdən sonra polisə müraciət edib.
Hüquq-mühafizə orqanları mənzilə daxil olarkən qadını mətbəxdə, həyat yoldaşını isə qonaq otağında huşsuz vəziyyətdə aşkarlayıblar. Hər iki şəxsin əlləri və boyunlarının bağlı olduğu, bədənlərində çoxsaylı bıçaq xəsarətləri olduğu bildirilib.
Cinayətkarların mənzildən xəz palto və XIX əsrə aid ikon oğurladığı qeyd olunub. İş uzun illər açılmamış qalıb.
2025-ci ildə müstəntiqlər hadisə yerində tapılmış natamam barmaq izlərini yenidən araşdırmaq qərarına gəliblər. Süni intellekt sistemi həmin izlərin çatışmayan hissələrini bərpa edərək federal məlumat bazasındakı nümunələrlə müqayisə edib.
Araşdırma nəticəsində Moskva vilayətinin Dubna şəhərindən olan 59 yaşlı Sergey Lapşin saxlanılıb. İstintaqın məlumatına görə, o, keçmişdə hüquq-mühafizə orqanlarında çalışıb və daha sonra cinayət aləminə qoşulub.
Şübhəli 27 il əvvəl törədilən cinayəti etiraf edib. Bildirilib ki, o, ailənin tanışı olan Viktoriya Koçerginanın verdiyi məlumat əsasında hərəkət edib. İddiaya görə, qadının cinayətkar qruplara borcu olub və bu səbəbdən soyğun planlaşdırılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar