Zaqatalada güllələnmə hadisəsi baş verib.
Manevr.az xəbər verir ki, gecə saat 02:00 radələrində "Tala Pub" restoranının qarşısında qeydə alınıb.
Rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev güllə yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona sağ bud sümüyünün deşib-keçən güllə yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərildiyi bildirilir.
İlkin məlumata görə, hadisə yuxarıda adı çəkilən restoranın qarşısında qeydə alınıb. Naməlum şəxs restorandan çıxan İsa Bolayevə atəş açaraq qaçıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.lent.az
Xəbər lenti
Zaqatalada restorandan çıxan şəxsi güllələdilər
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































