Sizin Reklam Burada
Xəbər lenti
01-05-2026
30-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ana və bacısını qətlə yetirən Kainat cəzadan azad edildi

Tarix: 01-05-2026 18:06     Baxış: 423 A- / A+
Ana və bacısını qətlə yetirən Kainat cəzadan azad EDİLDİ
Tovuzda ana və bacısını qətlə yetirməkdə ittiham olunan 31 yaşlı Kainat Namazov cəzadan azad edilib.

Manevr.az
“qafqazinfo.az”a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsi belə qərar çıxarıb.

Ötən ilin yayında baş vermiş hadisənin istintaq materiallarında yazır ki, Kainat Namazov anlaqsız vəziyyətdə anası Sevinc Namazova və bacısı Aliyə Namazovanı çəkiclə başlarına vura-vura qətlə yetirib. (daha əvvəl cinayət aləti kimi baltadan istifadə edildiyi bildirilmişdi-red)

Bundan sonra isə o, yaşadıqları evi yandıraraq əmlakı qəsdən məhv edib.

Xüsusilə ağır cinayət əməlinə görə həbs edilən Kainatın tibbi ekspertizası onun anlaqsız olduğunu təsdiq edib. Bu əsasla prokuror da onun cəzadan azad edilərək məcburi müalicəyə cəlb edilməsini istəyib.
 
Amma Kainat özü məhkəmədə gözlənilməz ifadə verib. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmədini, cinayəti də necə və hansı şəraəitdə törətdiyini xatırladığını bildirib. Kainat ana və bacısını elə onu psixi xəstə kimi qələmə vermələri, müxtəlif vaxtlarda xəstəxanada yatmağa məcbur etdikləri üçün öldürdüyünü deyib.

Təqsirləndirilən şəxsin bu dediklərinə baxmayaraq, məhkəmə onun cinayəti anlaqsız vəziyyətdə törətdiyini sübuta yetirilmiş hesab edib.

Qərara əsasən, Kainat cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

Qeyd edək ki, K.Namazovun atası Elbrus Namazov keçmiş məmur olub. Ata Namazov uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində məsul vəzifələrdə çalışıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar