Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada şagird sinif rəhbərini bıçaqlayıb öldürdü

Tarix: 07-04-2026 11:37     Baxış: 3108 A- / A+



Rusiyanın Perm diyarında məktəbdə faciə olub.
Manevr.az xəbər verir ki, Dobryanka şəhərində yerləşən 5 nömrəli məktəbdə rus dili və ədəbiyyatı müəllimi, direktor müavini Olesya Baquta yeniyetmənin hücumuna məruz qalıb.
Hadisə məktəbin girişinə yaxın ərazidə baş verib. Belə ki, məktəbin 9-cu sinif şagirdi müəllimə bıçaqla hücum edib. Yaralı müəllim xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hücumu törədən 17 yaşlı, 9-cu sinif şagirdi saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq davam edir.
İlkin məlumatlara əsasən, hücum edən şagirdin akademik problemləri olub və onun imtahanlara buraxılıb-buraxılmayacağı məsələsi mübahisə mövzusu olub. Hadisənin bu səbəbdən baş verməsi ehtimal edilir.
Hazırda hüquq-mühafizə orqanları və psixoloqlar məktəbdə şagirdlərlə işləyir, hadisənin bütün detalları araşdırılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar