Rusiyanın Perm diyarında məktəbdə faciə olub.
Manevr.az xəbər verir ki, Dobryanka şəhərində yerləşən 5 nömrəli məktəbdə rus dili və ədəbiyyatı müəllimi, direktor müavini Olesya Baquta yeniyetmənin hücumuna məruz qalıb.
Hadisə məktəbin girişinə yaxın ərazidə baş verib. Belə ki, məktəbin 9-cu sinif şagirdi müəllimə bıçaqla hücum edib. Yaralı müəllim xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hücumu törədən 17 yaşlı, 9-cu sinif şagirdi saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq davam edir.
İlkin məlumatlara əsasən, hücum edən şagirdin akademik problemləri olub və onun imtahanlara buraxılıb-buraxılmayacağı məsələsi mübahisə mövzusu olub. Hadisənin bu səbəbdən baş verməsi ehtimal edilir.
Hazırda hüquq-mühafizə orqanları və psixoloqlar məktəbdə şagirdlərlə işləyir, hadisənin bütün detalları araşdırılır.
Xəbər lenti
Rusiyada şagird sinif rəhbərini bıçaqlayıb öldürdü

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































