Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan övladlığa götürülübmüş - Detallar

Tarix: 03-04-2026 19:49     Baxış: 4113 A- / A+
Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan övladlığa götürülübmüş - Detallar
Xəbər verildiyi kimi ötən gün paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. Hadisə Biləcəri qəsəbəsinin 10 may küçəsində axşam saatlarında qeydə alınıb. Həmin ünvanda yaşayan 18 yaşlı Canməmməd Hüseynov atası 55 yaşlı Xaləddin Hüseynov və anası 48 yaşlı İlhamə Hüseynovanı bıçaqlamaqda şübhəli bilinir. 


Manevr.az
"Bizim.Media"ya istinadən xəbər verir ki, ata-anasını bıçaqlayan 18 yaşlı Canməmməd Hüseynov orta təhsilini ötən il başa vurub. O, ali məktəbə hazırlaşsa da, kollecə qəbul olub. Onu tanıyanların verdiyi məlumata görə, Canməmməd Hüseynov ailənin tək övladıdır. Amma onu ailə illər əvvəl övladlığa götürüb. Mənbənin sözlərinə görə, valideynləri ona daim sevgi və qayğı göstərib. Hətta ali məktəbə qəbul üçün getdiyi hazırlıqlara özləri aparıb-gətirirlərmiş… 

Hadisənin hansı səbəbdən törədildiyinə gəldikdə isə qeyd olunur ki, valideynləri sevdiyi qıza elçi getmədiyi üçün qızdan ayrılmağa məcbur olub. İddialara görə, elə hadisə də bu səbəbdən törədilib. 
Onu sakit xarakterli tanısalar da, psixoloji problemlərinin olduğu da qeyd olunub. Onu da bildirək ki, Canməmməd Hüseynovun atasına 22, anasına 9 bıçaq zərbəsi vurduğu iddia olunur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar