Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də...”

Tarix: 25-03-2026 21:26     Baxış: 371 A- / A+



Gədəbəyin Slavyanka kəndində oğlunu öldürməkdə ittiham olunan atanın məhkəmə araşdırması sona çatıb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə istintaqı ilə atanın cinayəti sübuta yetirilib.
Bu hadisə 4 ay əvvəl baş verib. İttihamda yazır ki, 60 yaşlı İlqar İlyasov 37 yaşlı oğlu Rəşadı mübahisə zəminində qətlə yetirib.
Xəbəri rus dilində oxuyun: 9 лет тюрьмы за смерть сына: жена простила мужа в суде
Mübahisənin səbəbi isə həmin an sərxoş vəziyyətdə olan Rəşadın atasına işlədiyi halda qazanc əldə etməməsi ilə bağlı irad tutması olub. Oğlunun bu və başqa iradlarına dözməyən ata onu bıçaqlayaraq həyatdan məhrum edib.
Məhkəmədə qətlə yetirilən Rəşadı hüquqi varis kimi anası təmsil edib. Amma ana oğlunu öldürən ərini bağışlayıb, hakimlərə onunla barışdığını və heç bir şikayət və tələbi olmadığını deyib. Ananın sözlərinə görə, hadisədən bir müddət əvvəl oğlu ilə birlikdə Bakıda yaşayıblar. Rəşad əslində atasına göz-qulaq olmaq istədiyi üçün kəndə qayıdıbmış. Hüquqi varis ərinin oğlunu qəsdən öldürmədiyini, ata-bala ikisinin də spirtli içki içən olduqlarını, lakin bir-birilərini çox istədiklərini bildirib.
Məhkəmənin hökmü ilə oğlunu öldürən ataya 9 il həbs cəzası verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar