Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

16 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı

Tarix: 18-03-2026 21:20     Baxış: 363 A- / A+
Sabirabadda qeyri-rəsmi nikahda olduğu 16 yaşlı Nuranə Ələkbərovanı boğub öldürdükdən sonra Kür çayına atan Seyidrəsul Talıbzadənin cəzası ağırlaşdırılıb.

"Teleqraf" xəbər verir ki, bununla bağlı Şirvan Apellyasiya Məhkəməsi yeni hökm çıxarıb.

Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Seyidrəsul Talıbzadə ilə bağlı çıxardığı 10 il 6 aylıq azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Şirvan Apellyasiya Məhkəməsinin yeni hökmünə əsasən, təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsində cəza təyini zamanı təqsirləndirilən şəxsin şəxsiyyətinə, əməlin xarakterinə və ictimai təhlükəliliyinə uyğun cəza həddi düzgün qiymətləndirilməyib. Məhkəmə belə qənaətə gəlib ki, Nuranə Ələkbərovanın qətli zamanı Seyidrəsulun xüsusi plan hazırlaması, sonuncunun yalvarışlarına baxmayaraq, amansız rəftar edərək 20 dəqiqə müddətində onu boğması, daha sonra cinayətin əməlini gizlətmək üçün qadını Kür çayına atması təqsirləndirilən şəxsin daha qəddar və amansız olmasını göstərir. Onun bu davranışları cəza təyin olunarkən nəzərə alınmalı idi.

Qeyd edək ki, hadisə ötən ilin mayında qeydə alınıb. Rəsmi məlumata görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazidə aralarında yaranmış mübahisə zamanı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürüb və meyitini suya atıb.

2024-cü ilin oktyabrında isə Seyidrəsulla Nuranənin Şirvanda toyları baş tutub. Həmin vaxt Nuranənin 15 yaşı olub. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar