Sizin Reklam Burada
Xəbər lenti
20-04-2026
19-04-2026
BÜTÜN XƏBƏRLƏR

Məzuniyyətə gedən komandir cinayət törətdi

Tarix: 03-03-2026 20:26     Baxış: 373 A- / A+
Məzuniyyətə gedən komandir cinayət törətdi
Qubada 26 yaşlı zabit məzuniyyət vaxtı əmisini öldürməyə cəhd edib.

Həmin hadisə ilə bağlı məhkəmə araşdırması başa çatıb.

İş materiallarında yazılıb ki, N saylı hərbi hissədə bölük komandiri kimi xidmət edən 26 yaşlı Z.Seyidməmmədov məzuniyyətdə olduğu müddətdə cinayət törədib. Baş leytenant Qımıl-Qışlaq kəndindəki evlərində olduğu vaxt əmisi L.Seyidməmmədovla dəfələrlə mübahisə edib. Mübahisələrin səbəbi isə əmisinin hərəkətləri olub. İttihamda qeyd olunur ki, zərərçəkmiş şəxs tüfeyli həyat tərzi keçirib, evə sərxoş vəziyyətdə gələrək həyat yoldaşına və anasına qarşı kobud davranıb. Baş verənlərlə bağlı xəbərlər kənddə də yayıldığı üçün ailənin nüfuzuna xələl gətirib.

Onlar arasında sonuncu mübahisə də əmisi sərxoş vəziyyətdə olarkən baş verib. Həmin dava zamanı hisslərini cilovlaya bilməyən hərbçi əmisini öldürmək fikrini qətiləşdirərək onu bir neçə dəfə bıçaqlayıb. Ailə üzvlərinin müdaxiləsi nəticəsində daha ağır cinayətin qarşısı alınıb.

L.Seyidməmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Komandir məhkəmədə özünü təqsirli bilib. O, əmisinin əməllərindən bezdiyi üçün ondan soyuduğunu, ailəsinə qarşı kobud davranışı, spirtli içkiyə aludəçilik və başqa vərdişlərinə  görə onu vurduğunu deyib. Zərərçəkmiş əmi isə onu öldürmək istəyən qardaşı oğlundan şikayətçi olmayıb. O, hazırda Z.Seyidməmmədovla barışdığını deyərək hakimdən həbs edilməməsini xahiş edib.  

Bakı Hərbi Məhkəməsində Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası verilmiş ittihamların kifayət qədər dəlil və sübutlar, şahid ifadələri ilə təsdiq edildiyini bəyan ediblər.

Hökmə əsasən, Z.Seyidməmmədov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. day.az

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar