Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Dövlət Film Fondunun işçisi həbs edildi – TƏFƏRRÜAT

Tarix: 08-01-2026 15:17     Baxış: 358 A- / A+

Azərbaycan Dövlət Film Fondunda biblioqraf vəzifəsində işləyən Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Cavid İbrahimov həbs edilib.
Manevr.az-ın teleqraf-a istinadən verdiyi xəbərə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə ittiham elan edilib.
Cavid İbrahimov yanvarın 6-da saat 09:15-də özünü şübhəli aparması ərazidə xidmət aparan polis əməkdaşının diqqətini çəkib.
Bu səbəbdən həmin şəxsə yaxınlaşaraq ad və soyadı soruşulub. O, adını deməkdən imtina edib və söz mübahisəsi etməyə başlayıb. Şəxsiyyətinin müəyyən olunmasından ötrü o, polis şöbəsinə dəvət edilib. Həmin şəxs yüksək səslə ünvansız küçə söyüşləri söyməyə başlayıb və qəsdən polisin qanuni tələbinə tabe olmayaraq naməlum istiqamətə gedib.
Cavid İbrahimov inzibati ərazidə xidmət aparan polis əməkdaşlarının köməkliyi ilə saxlanılıb və 29-cu polis şöbəsinə gətirilib.
İş üzrə izahat verən İbrahimov irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, yanvarın 5-də polis əməkdaşları oğurluq hadisəsi ilə bağlı onun yaşadığı həyətə gəliblər: “Polis əməkdaşlarını görərək onlara avtomobilimə maddi ziyan dəyməsi barədə məlumat verdim və bunun araşdırılmasını xahiş etdim. Səhəri günü işə gedən zaman polis əməkdaşları yaxınlaşaraq məni polis şöbəsinə apardılar”.
O bildirib ki, polis əməkdaşının bütün tələblərinə tabe olub və səs-küy salmayıb.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə İbrahimov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar